İqtisadi və mədəni uğurlarımız Meksika mətbuatında
Tarix: 26.12.2013 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Meksikanın “Mundo İnternacional” jurnalının növbəti nömrəsində “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” və “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli iki məqalə dərc olunub.
Bu barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” sərlövhəli məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolundan bəhs olunub, ümumiyyətlə, iqtisadiyyatın 3,4 dəfə artdığı vurğulanıb. Bildirilib ki, son 10 ildə qeyri-neft sektorunda təqribən 3 dəfə, sənaye sektorunda 2,8, kənd təsərrüfatında 1,5, tikinti sənayesində 7, nəqliyyat, informasiya texnologiyaları sektorunda 3,2, xarici ticarət dövriyyəsində 8,8 dəfə artım qeydə alınıb.
Məqalədə, həmçinin Azərbaycanda müxtəlif sosial və iqtisadi sahələrə qoyulan investisiyalardan, infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan hökumətinin gördüyü mühüm işlərdən, yerli və xarici investisiyaların cəlb olunması üçün yaradılmış biznes mühitindən, informasiya texnologiyaları, elm, təhsil, idman, səhiyyə, mədəniyyət sahələrinin sürətli inkişafından, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğıdan bəhs olunub.
“Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli məqalədə isə Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdə iştirakı barədə məlumat verilib, dövlətimizin başçısının nitqindən fikirlər əksini tapıb. Bu mötəbər tədbirdə dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və Nobel mükafatı laureatlarının iştirakından, onların çıxışlarından, dəyirmi masalarda müzakirə olunan mövzulardan bəhs olunub.
Forumun bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olması xüsusi qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info