Gömrük Komitəsi əməliyyat keçirtdi
Tarix: 26.12.2013 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Son zamanlar, xüsusilə bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirirlər. Respublikamızın gömrük orqanları bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirir.
Belə ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində HüquqpozmalaraQarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Aksiz Gömrük İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri birgəəməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, “Nəriman Nərimanov” metrostansiyasıyaxınlığında Azərbaycan Respublikası vətəndaşı Abdullayev Elxan Elman oğlu saxlanılıb və onun idarə etdiyi “10-GC-006” dövlət nömrə nişanlı “Vaz-21074”markalı avtomobilə baxış keçirilib.DGK Mətbuat Xidmətindən “Palitra”-ya verilən məlumata görə,yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikası vətəndaşı, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Hacıyev Rauf Məhəmməd oğluna məxsus mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən xeyli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülüb.
Daha bir fakt, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında “İpək Yolu” Terminalında Gvasalıa Revaz Mixayloviçin idarə etdiyi “SCANİA” markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çin Xalq Respublikasından daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilıb və bu zaman Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87540 ədəd müxtəlif adda fişənglər, 40000 ədəd partlayıcı pitarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb.
Bu kimi halların qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri davam etdirilir.
Günəş




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
23.05.2019
600 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info