“Təmiz Şəhər” ASC beynəlxalq sertifikata layiq görülüb
Tarix: 26.12.2013 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Dünyada tanınmış “TÜV Austria” şirkəti tərəfindən “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
Bu barədə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun xidmət göstərmək, reallaşdırmaq üçün mövcud olan əməliyyatların (proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına “Təmiz Şəhər” ASC-də qoşulub.
“Təmiz Şəhər” ASC öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində ciddi addımlar atır. Qısa müddətdə səhmdar cəmiyyət keyfiyyət idarəetmə sistemləri üzrə bütün qayda və təlimatları hazırlayaraq onlara riayət etməyə başlamışdır. Müstəqil auditorlar tərəfindən keçirilən yoxlamalar nəticəsində ASC–nin bütün sahələrində beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunub.
Səhmdar cəmiyyət əldə etdiyi uğurlarla kifayətlənmir və növbəti ildə ISO 14001:2004 “Ekoloji Menecment Sistemi” və OHSAS 18001:2007 peşə sağlamlığı və təhlükəsizlik üzrə menecment sistemi üzrə beynəlxalq sertifikatların alınması istiqamətində işlərini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info