Bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib
Tarix: 26.12.2013 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı bildirib ki, qısa müddət ərzində Azərbaycanın bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib, həmçinin qadınların təmsilçiliyi artıb: “Artıq bütün rayonlarda qadınlar müavin səviyyəsində təmsil olunurlar. Son seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artaraq, 26,7 faiz olub”. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl çox az sayda qadın təşkilatları fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 200-dən çoxdur. H. Hüseynovanın sözlərinə görə, bu da qadınların iqtisadi, sahibkarlıq, hüquqi müstəvidə öz hüquqlarını bildiyini və təşkilatlanmış formada fəaliyyət göstərdiyini sübut edir. Son 10 il ərzində Azərbaycanın bir çox istiqamətlərdə əldə etdiyi uğurlardan danışan Komitə sədri qeyd edib ki, bu illər ərzində ölkədə 1 milyon 200 min yeni iş yeri açılıb: "Yoxsulluq təxminən on dəfə 49 faizdən 5,5 faizədək azalıb. Son 20 ildə əhalinin sayı 2 milyon artaraq 9 milyon yarıma çatıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info