Tağı Tağızadənin 90 illik yubileyi qeyd olunub
Tarix: 26.12.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elmxadimi, tibb elmləri doktoru, professor Tağı Tağızadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
ATU-dan bildiriblər ki, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək görkəmli alim Tağı Tağızadənin Azərbaycan tibb elminə verdiyi töhfələrdən, onun apardığı elmi-tədqiqatlardan söhbət açıb.
Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov alimin bu ali təhsil ocağı ilə bağlı elmi fəaliyyətindən danışıb. Bildirilib ki, universitetinin formalaşmasında bu cür görkəmli alimlərin, o cümlədən Tağı Tağızadənin əməyi danılmazdır.
Qeyd edilib ki, T.Tağızadə uzun müddət universitetin epidemiologiya kafedrasına rəhbərlik etmiş, burada elmi tədqiqatlar aparmış və bu sahədə yüksək səviyyəli kadrlar yetişdirib.
Tədbirdə mərhum professorun tələbəsi olub, hazırda onun işini davam etdirən ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayevin T.Tağızadənin elmi fəaliyyəti haqqında məruzəsi dinlənilib.
Bildirilib ki, görkəmli elm xadimi, məşhur epidemioloq Tağı Tağızadə 1923-cü ildə anadan olub. Həkim-epidemioloq ixtisasına yiyələnmiş T.Tağızadə 1990-cı ilədək Azərbaycan Səhiyyə Nazirliyində Elmi-Tibb Şurasının idarə heyətinin üzvü olub. O, Azərbaycan dilində ilk və hələ də yeganə olan “Epidemiologiya” dərsliyinin müəllifidir. 1992-ci ilədək Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) epidemiologiya kafedrasının müdiri olmuş alim, həmçinin Elmi-Tədqiqat Epidemiologiya, Gigiyena və Peşə Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb.
Görkəmli alim “Əmək rəşadətinə görə” yubiley medalı, “Şərəf nişanı” ordeninə layiq görülüb.
Tağı Tağızadə 1998-ci ildə vəfat edib.
Tədbirdə çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info