“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatı olub
Tarix: 26.12.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Çıxış edənlər Gəncənin Avropa gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıblar və bu hadisənin Azərbaycanı, xüsusən də Gəncə şəhərini dünyada tanıdacağını bildiriblər. Təqdimatda Gəncənin “Avropa Gənclər Paytaxtı - 2016” müsabiqəsinə qoşularkən həyata keçirilən fəaliyyətlər və bundan sonra şəhərdə görülən işlər barədə məlumat verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Gəncə Avropanın Gənclər Paytaxtı seçilməklə ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini sübut edib.
Təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsil sahəsində atılan addımlardan danışıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanda müasir texnologiyalardan olan internet yüksək səviyyədədir və bu şəbəkə ölkənin hər yerində keyfiyyətli xidmət göstərir. Nazir müavini vurğulayıb ki, 2016-cı ildə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərdə internetin sürəti və keyfiyyəti daha da yaxşılaşdırılacaq.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info