Ümumrusiya Azərbaycan Konqresinin illik yekun iclası
Tarix: 26.12.2013 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) illik yekun iclası keçirilmişdir.
İclasda təşkilatın fəaliyyəti, gələcək planları və layihələri müzakirə olunub.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev təşkilatın “Azərbaycan konqresi” qəzeti və saytında aparılan təkmilləşdirmə işlərindən danışıb, region rəhbərlərini ÜAK-n məlumat resurslarından daha fəal istifadə etməyə çağırıb. O, ÜAK-ın yeni layihəsi olan Hüquqi Yardım Mərkəzi haqqında məlumat verib.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov qeyd edib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasında tarixi Vətəni, güclü Azərbaycan dövləti və Azərbaycan Prezidenti dayanıb. Rusiyada yaşayan azərbaycanlıların güvənc yeri isə ölkəmizin rəsmi nümayəndəliyi olan səfirlikdir. Rusiyada Azərbaycan diasporunun güclü olmasının təminatı onun birliyi, azərbaycanlıların milli maraqları ətrafında birləşmələridir. Ulu öndər Heydər Əliyev həmişə bizə bunu tövsiyə edirdi. Ümummilli Lider daim xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı ilə yanaşıb. Hazırda bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diplomat qeyd edib ki, müasir şəraitdə ÜAK daha da təkmilləşdirilməli və gücləndirilməlidir. Bu işdə səfirliyin imkanlarından və səfir Polad Bülbüloğlunun Rusiyada böyük nüfuzundan istifadə olunur.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev tədbir iştirakçılarına Sankt-Peterburq regional nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Elmar Şahirzayevi təqdim edib. Qeyd olunub ki, uzun müddət Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin informasiya departamentinin rəhbəri vəzifəsində çalışmış Elmar Şahirzayev bu regionda yaşayan soydaşlarımız arasında böyük nüfuza və hörmətə malikdir. İclas iştirakçıları Leninqrad vilayəti qanunvericilik orqanının deputatı Səyyad Əliyevi ÜAK-ın Rusiyanın Şimali-Qərb regionu üzrə bölməsinin rəhbəri seçiblər.
Tədbirdə ÜAK-ın yeni yaradılmış Hüquqi Yardım Mərkəzinin sədri Vladislav Şvetsov və sədr müavini, Rusiyanın fəxri hüquqşünası Azər Əliyev bu məşvərət şurasının fəaliyyəti barədə danışıblar. Qeyd olunub ki, Rusiyada üç kateqoriyaya aid azərbaycanlılar yaşayırlar. Onlar bu dövlətin vətəndaşlığını qəbul edib, Rusiya ərazisində müvəqqəti olan və işləmək üçün gələn azərbaycanlılardır. Hazırda miqrantların qanunları bilmədikləri üçün çətin vəziyyətə düşmələrinin qarşısını almaq məqsədilə xüsusi yaddaş kitabçası hazırlanır. Bu cür kitabçalar hava limanlarında, bilet kassalarında və vağzallarda soydaşlarımıza paylanılacaq.
Tədbirin sonunda ÜAK-ın prezidenti Məmməd Əliyev və icraçı direktoru İlqar Hacıyev Rusiya Federasiyasının ictimai həyatında fəal iştirak edən diaspor üzvlərinə Konqresin medallarını, diplomlarını və fəxri fərmanlarını təqdim ediblər.
Təltif olunanlar arasında ÜAK-ın Moskva vilayəti üzrə bölməsinin rəhbəri Əlizaman Rəhimov, “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvləri Ayan Həsənova, Emin Hacıyev, Moskvadakı Dərviş Teatrının rəhbəri Mərdan Feyzullayev və başqaları vardır. Azərbaycan kütləvi informasiya vasitələrinin Rusiyada təmsil olunan nümayəndələri – Səfər Səfərov (AzTV), İqbal Hüseynov (“İnterAz”), Fərid Əkbərov (APA), Roman Ağayev (SalamNews), Elzar Ağayev (ATV), Anar Həsənov (Lider TV), Loğman Məmmədov (Xəzər TV) və başqaları da mükafat alanlar sırasındadırlar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info