Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədidə seminar keçirib
Tarix: 26.12.2013 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Аğcabədi şəhərində regional seminar-müşavirə keçirib.Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə keçirilən seminar-müşavirədə Qarabağ bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələri iştirak ediblər.
Müşavirədə ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunub. Həmin müəssisələrə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların aradan qaldırılması
məqsədilə tapşırıqlar verilib.
Seminar-müşavirədə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması, elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismar vaxtı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın vaxtı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqqında ətraflı söhbət açılmış, müvafiq maarifləndirmə işləri aparılıb.
Seminar-müşavirədə “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda videoçarx nümayiş etdirilib, ticarət müəssisələrinin nümayəndələrinə DYNX tərəfindən hazırlanmış yaddaş kitabçası verilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info