Rusiyada cinayətkar miqrantlar üçün sərt cəza
Tarix: 26.12.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Duması yaz sessiyasında ölkə ərazisində, hətta kiçik cinayət törədən miqrantlara qarşı qanunları sərtləşdirmək istəyir.
Etnik münaqişə səbəbiylə meydana gələn Biryulyovo talanından sonra Dövlət Dumasının qanunsuz miqrasiya problemlərinin həlli ilə əlaqədar axtarışları davam edir.

Rusiya Liberal Demokratlar Partiyası iki dəfə kiçik cinayət törətmiş əcnəbilərə 15 il Rusiyaya girişi qadağan etmək təklifi ilə çıxış ediblər. Partiya rəsmisi Roman Xudyakov deyib: “Əgər xarici vətəndaş Rusiya ərazisində hər hansı bir kiçik cinayət törədərsə, 50 min rubl cərimə olunmalı, təkrar cinayət törədərsə, ölkədən deportasiya olunmalı və onun 15 il müddətinə Rusiyaya girişinə qadağa qoyulmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl “liberal demokratlar” cinayətkar mühacirlər üçün ölüm cəzası moratoriumunu bərpa etmək ideyası ilə çıxış edirdilər.
“Liberal demokratlar”ın təklifinə münasibət bildirən Dövlət Duması Komitəsinin sədr müavini İrina Belıx cinayət törədən miqrantların ehtiyatlı uçotunun saxlanmasının lazım olduğunu bildirib. Millətlər Komitəsinin üzvü, deputat Ruslan Qostev də “liberal- demokratlar”ın təklifinin kifayət qədər möhkəmliyini bildirsə də, layihənin diqqətlə hazırlanması ideyası ilə çıxış edib.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info