“Rusiya və Çin ABŞ-ın tamamilə Asiyadan sıxışdırılması ümidilə birgə çıxış edirlər”
Tarix: 26.12.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“ABŞ uda bilmədiyi, amma milyardlar xərclədiyi müharibələrdən gözünü açmağa çalışarkən, Pekin “sülhlə yüksəliş”in bəhrəsini görməyə başladı”

Yaponiyanın "The Diplomat" nəşri Rusiya-Çin və ABŞ münasibətlərinə dair maraqlı yazı yazıb. Yazıda “soyuq müharibə”nin dərsləri misal çəkilir və bu barədə belə qeyd edilir: “Rusiya və Çin soyuq müharibənin dərslərini öyrəndilər və bilirlər ki, ABŞ SSRİ-ni müflis etməklə ona necə qalib gəldi.

Çin Dövlət Şurasının üzvü Yan Çzeçi və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Platonoviç Patruşev 2013-cü ili rus-Çin münasibətləri baxımından məhsuldar hesab edirlər. Bundan başqa bu il hər iki ölkə ilə Qərb arasındakı münasibətlər daha güclü bir şəkildə korlanıb. Ola bilsin ki, 2014-cü il situasiya bu baxımdan daha da pisləşsin.
Son illərdə çoxları deyirdilər ki, iki ağır müharibə - İraq və Əfqanıstandakı müharibələr və amerikan iqtisadiyyatının zəifləməsi ABŞ-ın qanadlarını qırıb və Çinə şans verib. Elə bu zaman Çin iqtisadiyyatının artımı ikirəqəmli ədədlə ölçülməyə başladı, təhlükəsizlik baxımından stabillik isə Çinə kömək etdi ki, Asiya hegemonu rolunu təsdiqlətsin. ABŞ uda bilmədiyi, amma milyardlar xərclədiyi müharibələrdən gözünü açmağa çalışarkən, Pekin “sülhlə yüksəliş”in bəhrəsini görməyə başladı. Bu zaman Çin qonşularla çoxdankı ərazi mübahisələrinə ara verdi, regionun zəif ölkələri ilə əlaqələrini möhkəmlətdi, Tayvanı bir potensial silahlı konflikt mənbəyi kimi neytrallaşdırdı. Pekin Cənubi Çin və Şərqi Çin dənizlərində əzələ göstərməyə başlayanda, ABŞ-ın “Asiyaya dönüş” və “balansın bərpa edilməsi siyasəti” onu saxlaya bilmədi.
Çinlilər və amerikan ekspertlərinin bir çoxu bu kurs dəyişikliyini hər şeydən əvvəl, xoş niyyət və akademik təlim kimi nəzərdən keçirdilər, nəinki real strategiya kimi. Məhz buna görə Pekinə təhlükəyə görə status-kvonu regionda dəyişməklə hesablaşmaq zəruri olmayacaq. Noyabrın 23-də Pekin bəyan edib ki, o, Şərqi Çin dənizində Hava Hücumundan Müdafiə zonasını genişləndirir. Əgər ABŞ həqiqətən də öz siyasətini Asiya istiqamətinə yönəltsəydi, bu, oxşar avantüralardan özünü saxlayan və müharibə axtarmayan Çini saxlayacaqdı.
Əlavə olaraq Çin və Rusiya birgə səylərlə Vaşinqtonu - əgər ABŞ Asiyanı nəzarətə götürmək istəyərdisə - gücünü səpələməyə və effektsiz hərəkətə keçməyə məcbur edəcəkdilər.
Bunun üçün onlara ABŞ-ın qarşısında dayanan təhlükəsizlik sahəsində spektrlərini genişləndirmək lazım gəlir. Bununla isə müttəfiqlər ABŞ-ın yükünü artıra və onsuz da məhdud olan ABŞ hərbi güclərinin resurslarını daha da yükləyə bilərlər. Bir neçə il öncə Çatem-Hausun nümayəndəsi Bobo Lo Rusiya və Çinin əməkdaşlığını “uyğunluq oxu” adlandırıb. Bu ifadənin işlənməsindən beş il keçib, hələ ki bu iki ölkə arasındakı münasibətlər daha da uyğunlaşıb və rahatlaşıb. Moskva və Pekin öz aralarında hələlik də olsa, ərazi mübahisələrinə son qoyublar və hazırda strateji səviyyədə tərəfdaşlıq edirlər. Onlar ABŞ-ın tamamilə Asiyadan sıxışdırılması ümidilə birgə çıxış edirlər.
Hazırda Çinin müəyyən bölgələrə nailolmanın qarşısının alınması ilə bağlı strategiyasına daha çox diqqət ayrılır(strategiya A2AD). Rusiyanın ABŞ-ı öz hüdudlarına bu baxımdan buraxmaması ilə bağlı planlardan az danışılır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Çinin Hava Hücumundan Müdafiə zonası ilə bağlı bəyanatından iki həftə sonra Putin yüksəkçinli hərbçilərlə görüşündə bildirdi ki, Rusiyaya potensial resurslarla zəngin olan Arktikada öz mövcudluğunu gücləndirmək lazımdır. Bu ayın əvvəlində - Çinin öz hava hücumuna qarşı yenilikləri ilə dünyanı təəccübləndirməsindən bir həftə öncə Rusiya donanması Arktikanı 2014-cü ildə özünün prioriteti elan etdi.
Strateji dərəcədə vacib regiona çevrilən Arktikada Rusiyanın mövcudluğunun artması isə ABŞ-ın reaksiyası ilə tarazlaşdırıla bilər. Amerikanlar da artıq sezdiriblər ki, onlar da öz mövcudluqlarını Şimalda artırmaq iddiasındadırlar. Amma “Arktikada balans yaratmaq” iddiası ABŞ-ın hərbi büdcəsinin xərclərini artıra bilər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info