Meksika jurnalı: “Bakı Forumu beynəlxalq miqyaslı elmi-siyasi platformadır”
Tarix: 26.12.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Meksikanın “Mundo İnternacional” jurnalının növbəti nömrəsində “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” və “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli iki məqalə dərc olunub. Bu barədə Meksika Birləşmiş Ştatlarındakı səfirliyimizdən daxil olan məlumatda bildirilir ki, “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” sərlövhəli məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolundan bəhs olunub, ümumiyyətlə, iqtisadiyyatın 3,4 dəfə artdığı vurğulanıb.
Bildirilib ki, son 10 ildə qeyri-neft sektorunda təqribən 3 dəfə, sənaye sektorunda 2,8, kənd təsərrüfatında 1,5, tikinti sənayesində 7, nəqliyyat, informasiya texnologiyaları sektorunda 3,2, xarici ticarət dövriyyəsində 8,8 dəfə artım qeydə alınıb. Məqalədə, həmçinin Azərbaycanda müxtəlif sosial və iqtisadi sahələrə qoyulan investisiyalardan, infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan hökumətinin gördüyü mühüm işlərdən, yerli və xarici investisiyaların cəlb olunması üçün yaradılmış biznes mühitindən, informasiya texnologiyaları, elm, təhsil, idman, səhiyyə, mədəniyyət sahələrinin sürətli inkişafından, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğıdan bəhs olunub.
“Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli məqalədə isə Azərbaycan Prezidentinin mərasimdə iştirakı barədə məlumat verilib, dövlət başçısının nitqindən fikirlər əksini tapıb. Bu mötəbər tədbirdə dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və Nobel mükafatı laureatlarının iştirakından, onların çıxışlarından, dəyirmi masalarda müzakirə olunan mövzulardan bəhs olunub. Forumun, bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olması xüsusi qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info