Rəhim Hüseynzadə: “Ahıl jurnalistlərlə bağlı geniş planımız var”
Tarix: 27.12.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, ötən ay Prezident İlham Əliyevin ölkənin tanınmış jurnalistlərilə görüşü zamanı mediayla bağlı bir neçə fikir və təkliflər səsləndirilib. Belə ki, bu görüşdə Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov da çıxış edərək, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması xahişini edib.
Prezident İlham Əliyev bu məsələylə də bağlı xüsusi göstəriş verib: “Biz, ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxıb dövlət dəstəyini göstərə bilərik. Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır. Bu, bizim cəmiyyətimizin əsaslarını təşkil edir. Hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin mənəvi dayaqları, sütunları vardır. Bunların içində yaşlı nəslə münasibət, hesab edirəm ki, ön plandadır. Heç də hər bir ölkədə belə deyildir. Azərbaycanda bu sahədə də tarixdən gələn meyillər, sifarişlər onu göstərir ki, bizim cəmiyyətimiz bu sahədə də nümunə ola bilər”.
Dövlət başçısı ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması istiqamətində tədbirlərin görüləcəyini bildirib. Prezident ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkib: “Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük- kiçik münasibətləri daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir. Mən bu barədə də dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm və əminəm, siz hamınız bununla razılaşarsınız ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər və yaşlı nəslə olan hörmət, eyni zamanda, bu gözəl hissləri daha da gücləndirir”.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Ahıl Jurnalistlər Məclisinin təşəbbüskarlarından və üzvlərindən biridir. Onunla görüşüb perspektiv işləri ilə bağlı fikirlərini öyrəndik.
Öncə AJM-in yaradılması zərurətindən danışan R.Hüseynzadə dedi ki, Mətbuat Şurasında bu kateqoriyadan olan insanlarla da gündəlik işlərini qurduqlarından, o insanların hansı hisslər keçirdiklərini yaxşı anlayırlar: “Həmçinin 40 ilə yaxın jurnalistikada olmağımız bir növ jurnalistin hər yaş səviyyəsində keçirdiyi hisslər, duyğular mənə əyani bələd olduğundan bildim ki, bir gün də ahıl vaxtların qayğılarını yaşamalıyıq. Onlar müasir jurnalistikadan nələri umurlar?Bizim nələrimiz var və nələri etməliyik? Buna görə də mətbuatımızın 135 illiyini qeyd etdikdən sonra fikirləşdik ki, yaşlı jurnalistlərlə də bu işi qurmalıyıq. Onda da fəallarımıza üz tutduq, məsləhətləşmələr apardıq və ilk tədbirmizi etdik. Beləcə, Ahıl Jurnalistlər Məclisi 2010-cu ildə Mətbuat Şurasının nəzdində fəaliyyətə başladı”.
Onun sözlərinə görə, ötən müddət göstərir ki, doğurdan da bu məclisin yaradılması zəruri idi: “Mətbuat Şurası jurnalistlərin umacaq yeridir. Bura ahıl jurnalistlər daha həvəslə gəlir, zənglər edir, suallar verirlər. Ümumiyyətlə, insan yaşlı çağında daha çox yada salınmasını, ona həssaslıqla yanaşılmasını sevir. Yaşlılar çox həssas olurlar. Bu mənada da Ahıl Jurnalistlər Məclisi bizim köməyimizə gəlir. Həm onların hiss və duyğularına bir su səpməkdə, həm öz təcrübələrini bölüşməkdə, həm də, ümumiyyətlə, cəmiyyət üçün gərəkliliyini onların yadına salmaqda məclis bizim dadımıza çatır”.
R.Hüseynzadə daha geniş aspektli tədbirlər həyata keçirmək istədiklərini dedi: “Bunun əhəmiyyəti ondan ibarətdir ki, ahıl jurnalistlər özləri, oxunmamış bir kitabdır. Bu kitabın vərəqlənməsini sadəcə evdə oturub fəaliyyətsizliklə əldə etmək mümkün deyil. Daha geniş aspektdə fəaliyyət üçün təbii ki, müəyyən maliyyə dəstəyinə ehtiyac var. Bizim nəzərdə tutduğumuz planlar genişdir. Bu mənada həmçinin əlavə onu da deyim ki, bu insanların bəziləri fiziki sağlamlıqlarına görə tədbirlərimizə gələ bilmirlər. Belə olan halda biz onları yada salmalıyıq, ünvanlarına getməliyik. Məsələn, müəyyən insanlara baş çəkirik ki, onlar evdə də oturub mətbuata yazılar göndərirlər. Elələri də var ki, KİV-dən tədbirlərimizi izləyərkən zəng edib öz fikir və təkliflərini bildirirlər. Bütün bunlar da biz tərəfdən nəzərə alınır”.
O, Ahıl Jurnalistlər Məclisinin maliyyə sıxıntısının tezliklə həll olunacağına və fəaliyyətlərinin daha da genişlənəcəyinə inanır: “Biz artıq görəcəyimiz işlərin planlarını cızırıq. Çünki biz Prezidentimizə əminik, onun insanlara olan humanizminə arxalanırıq və bilirik ki, mütləq sürətdə bu məsələ reallaşacaq”.
Gənclərin həmişə ağsaqqal sözünə ehtiyacı olub. Eyni zamanda, gənc jurnalistlərin ahıl həmkarlarının məsləhətinə ehtiyacı var. Ahıl Jurnalistlər Məclisinin gənc jurnalistlərlə hansısa görüşlərinin keçirilməsi ilə bağlı maraqlandıq. Həmsöhbətimiz bildirdi ki, gənc jurnalistlərlə görüşləri olur və bu görüşləri daha da intensivləşdirəcəklər: “Əsas məsələ inam, etimad və rəğbət körpülərinin möhkəmlənməsidir. Bilirsiniz ki, müasir jurnalistika ilə ömür-günümüzün çox hissəsini sərf etdiyimiz jurnalistika arasında fərqlər çoxdur. Bu, təkcə texniki, yayım baxımdan deyil, eyni zamanda yaradıclıq baxımdandır. Amma elə dəyərlər var ki, o, zamana baxmır. Jurnalistsənsə, bütün hallarda o dəyərləri yaşatmalısan. Bunlar jurnalistikanın ali prinsipləri olan həqiqətə xidmət, obyektivlik, yazılar qələmə alınarkən məsələnin mahiyyətinə, məntiqinə, psixologiyasına daxil olmaq ustalığı və sairdir”.
İcraçı katib hazırda mətbuatın dilinin sanki qurulaşdığını diqqətə çatdırdı: “Jurnalist o qədər həssas duyuma malik olmalıdır ki, həmsöhbətinin daxilini oxuya bilsin. Belə olduqda təbii ki, canlı, maraqlı və özünün yaradıcılığı üçün yadigar qala biləcək bir nümunə ortaya qoya bilər. Biz müşahidə edirik ki, jurnalistikanın bəzi janrları sıradan çıxır. Təbiətdən başqa bizi əhatə edən nə varsa, hamısı insan yardıcılığının məhsullarıdır. Amma insan o vaxt daha güclü görünür ki, yaratdıqlarından öndə dursun. Xüsusilə internetin inkişafı, sanki jurnalistikada bir əsarət yaradıb. Jurnalistin elə bil asılılığı var. Bizim vaxtımızda bir araşdırma yazmaq üçün 10-15 gün, bəlkə də bir ay vaxt lazım idi. Jurnalist müxətlif yerlərdə olurdu, araşdırma aparırdı. Bu zaman əldə etiklərimiz sayəsində mövzunun mahiyyətinə varırdıq. Belə hallarda da, yazı həqiqətən araşdırma mövzusu olaraq ortaya çıxırdı. Elə publisistikanı da götürək. Söhbətləşdiyin insanlarla, qələmə almaq istədiyin hadisələrlə bağlı yenə də əsas, məsələnin məğzidir. Fikir verin, reportajlar demək olar ki, yox dərcəsindədir. Felyetonları onun üçün görə bilmirik ki, bu gün klassik irs demək olar oxunmur”. Jurnalistikaya böyük axının olduğunu deyən R.Hüseynzadə bunların da əsas nüvəsini qeyri-peşəkar jurnalistlərin təşkil etdiyini vurğuladı: “Bizdə jurnalistika nə qədər canlı görünsə də, elə bil ki, qocalıb. Yəni jurnalistikamız əldən düşmüş qocaya bənzəyir. Onu mütləq hərəkətə gətirmək lazımdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info