Qafqaz Universitetində bayram tədbiri keçirilib
Tarix: 27.12.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2014-cü il münasibətilə "Var xalqımın imzası imzalar içində" adlı tədbir keçirilib.Tədbirdə millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Musiqi Akademiyasının dosenti Mübariz Əliyev və universitetin müəllim-tələbə heyəti iştirak edib.
Dövlət himnimizin səslənməsindən sonra tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç ümummilli lider Heydər Əliyevin xalqı üçün gördüyü işlərdən, hələ sovetlər birliyi dövründə ittifaqın öndə gedən universitetlərində azərbaycanlı gəncləri oxutdurmasından, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən geniş danışıb. O, zalda əyləşənlərə tövsiyə edib ki, xaricdə yaşayan qohum-əqrabanı, dostları bayram münasibətilə telefon və internetdən istifadə edərək təbrik etsinlər. Çünki bu təbrik onlar üçün stimul olur.
Millət vəkilləri Tahir Rzayev, Azər Badamov çıxış edərək xalqımızın həmrəyliyi sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən, xalqımızın imzasının imzalar içindəki yerindən və dəyərindən danışıblar. Millət vəkilləri Qafqaz Universitetinin kollektivinə belə bir tədbir keçirdikləri üçün minnətdarlıqlarını bildiriblər.
Bayram əhvali-ruhiyyəsində keçən tədbirin bədii hissəsində Azərbaycan Musiqi Akademiyasının dosenti Mübariz Əliyevin rəhbərliyi ilə Qafqaz Universitetinin tələbələrinin ifasında saz havaları, Sevda Yəhyayevanin və Qafqaz Universitetinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, universitetin tələbələri tərəfindən milli rəqslər ifa olunub.
Bayram tədbiri ümummilli lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı ilə sona çatıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info