Xaricdəki Azərbaycan vətəndaşlarının pensiya problemi həll olunub
Tarix: 27.12.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib
Dövlət Sosial Müdafiə Fondunda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib. DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, tədbir Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir.
Burada əsas məqsəd ictimaiyyəti DSMF-nin fəaliyyəti, qurulan müasir avtomatlaşdırılmış idarəetmə sistemi ilə yaxından tanış etmək, fondun həyata keçirdiyi elektron xidmətlər barədə ətraflı məlumat verməkdir. E.Mehdiyev bildirib ki, son dövrlər DSMF-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələr yaradılıb, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. DSMF sədri hazırda Azərbaycanın sığorta-pensiya sisteminin müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərdiyini nəzərə çatdıraraq əlavə edib ki, informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb. “Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir”-deyən E.Mehdiyev qeyd edib ki, bu ilin ötən dövrü ərzində DSMF-nin təkcə “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən 119 minə yaxın istifadəçi yararlanıb. DSMF sədri cari ilin iyul ayından etibarən isə beynəlxalq praktikada ilk dəfə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyininə başlanıldığını vurğulayıb. Sistemin tətbiq olunduğu qısa müddət ərzində 1 067 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Elman Mehdiyev bildirib ki, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatında mövcud olan problemlər aradan qaldırılıb. Bundan öncə ölkənin müvafiq məsələyə dair qanunvericiliyinə əsasən, pensiya təminatı üçün müraciət edən şəxs öz fərdi sənədlərini və ərizəsini yaşayış ərazisi üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinə təqdim etməli idi. Lakin xaricdə yaşayan Azərbaycan vətəndaşları bu imkandan məhrum olduğundan, onların pensiya təyinatının hansı qaydalar əsasında müəyyənləşdirilməsində problemlər olub. Bununla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilib. Onun sözlərinə görə, yeni dəyişikliklər Azərbaycan vətəndaşlarının pensiya təyinatı və təyinat üçün sənədlərin təqdim olunma mexanizmini müəyyənləşdirir: «Həmin qaydalar əsasında Xarici İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun daxili qaydaları yenidən hazırlanıb. Bu qaydalara uyğun olaraq, xaricdə yaşayan Azərbaycan vətəndaşları öz müraciətləri və müraciətə əlavə olunan pensiya təyinatı üçün əsas hesab edilən sənədləri Konsulluq İdarələrinə təqdim etməlidir. Konsulluq İdarələri Xarici İşlər Nazirliyi vasitəsilə həmin sənədləri DSMF-yə təqdim edəcək. Bununla da, fond pensiya prosesini reallaşdıracaq». DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edən Sabir Qocayev fondun “Elektron hökumət” portalında (e-gov.az) və fondun rəsmi internet səhifəsində (sspf.gov.az/ eservices və www.dsmf.gov.az/ eservices) interaktiv və informativ elektron xidmətlərlə bağlı təqdimatla çıxış edib. Tədbir iştirakçılarına həm interaktiv xidmətlər, həm də informativ elektron xidmətlər, onlardan istifadə qaydaları nümayiş etdirilib. Sonra tədbir iştirakçıları DSMF-nin Fərdi uçotun təşkili şöbəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi işləri ilə yerində tanış olublar. Burada təqdimatla çıxış edən Fərdi uçotun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Nigar Pənahova bildirib ki hazırda 2 milyon 630 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər. Bu islahat tədbirləri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verir. Tədbir çərçivəsində "190" nömrəli telefon məlumat xidmətinin, eləcə də pensiyaların avtomatlaşmış qaydada təyinatı məqsədilə yaradılan xüsusi “Çağrı Mərkəzi”nin (190-0) fəaliyyəti barədə məlumat verilib, fondun Aparatının müvafiq şöbə müdirləri və mütəxəssisləri tərəfindən avromatlaşdırılmış pensiya təyinatı, pensiyaların ödənişi və uçotu sahəsində elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində maarifləndirici təqdimatlar edilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info