ATGTİ 4 yaşını qeyd etdi
Tarix: 27.12.2013 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Atlantis” restoranında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 4 yaşını qeyd edib. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun verdiyi məlumata görə, 20 noyabr 2009-cu il tarixində təsis olunan ATGTİ artıq 4 ildir fəaliyyət göstərir. ATGTİ bu illər ərzində ali və orta ixtisas məktəblərində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, ATGTİ 4 il ərzində 500-dən çox yerli və beynəlxalq layihə həyata keçirib və keçirilən layihələrdə yüz mindən çox tələbə-gənc iştirak edib. Hazırda Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvü, regionun ən böyük tələbə təşkilatı olan ATGTİ özündə Azərbaycanın 109 ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarını birləşdirərək, ətrafında 30 minə yaxın tələbə kütləsini cəmləyib. Mərasimdə Gənclər və İdman Nazirliyinə, AR Prezidenti yanında Gənclər Fonduna, təhsil müəssisələrinin prorektorlarına, KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar təqdim olunub. Həmçinin 2012-2013-cü tədris ili ərzində ən yaxşı fəaliyyət göstərən TGT-lər mükafatlandırılıb. AzTU TGT “İlin TGT”-si, ADAU TGT “İlin region TGT”-si və İdarəetmə və Texnologiya Kolleci TGT-si isə “İlin kollec TGT”-si elan olunub, qalib TGT-lər Ipad və plaketlər ilə mükafatlandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info