Xankəndidən olan məcburi köçkün sahibkarlarla görüş keçirilib
Tarix: 27.12.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Dekabrın 27-də Bakı Biznes Mərkəzində Xankəndidən olan 100-dən çox məcburi köçkün sahibkarla görüş keçirilib. Tədbir “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Xankəndidən olan məcburi köçkün sahibkarların dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi barədə sahibkarların məlumatlandırılmasıdır.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Flora Qasımova məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi yüksəlmiş, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yaşayış binaları və sosial obyektlər inşa olunub.Qeyd edilib ki, məcburi köçkün sahibkarlar Fond tərəfindən onlara veriləcək kənd təsərrüfatı kreditləri hesabına öz fəaliyyətlərini genişləndirəcəklər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə danışıb.
O bildirib ki, indiyədək 1200-ə yaxın məcburi köçkün sahibkara 24 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat güzəştli kredit ayrılıb. Artıq bu müəssisələr istifadəyə verilmişdir və orada işləyənlər məcburi köçkünlərdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov məcburi köçkünlər arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulamış, bu sahədə onlara dövlət tərəfindən lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb.
Görüşdə məcburi köçkün sahibkarlar üçün güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli çörək istehsalı müəssisəsinin, cins heyvandarlıq, narçılıq, üzümçülük, pambıqçılıq təsərrüfatlarının, toxuculuq müəssisəsinin və s. yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info