YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı
Tarix: 27.12.2013 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda fəaliyyət göstərən “Xırman” şirkətində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, qurumun əməkdaşları, “Xırman” şirkətinin nümayəndələri iştirak ediblər.
Şirkətin təsisçisi Əyyub Qasımov ərazi ilk partiya təşkilatının təsis edilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Ə.Qasımov YAP-ın daim dövlətçiliyə, müstəqilliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb. Ə.Qasımov, həmçinin Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb.
Sonra YAP Binəqədi rayon təşkilatının “Xırman” firmasında ərazi ilk partiya təşkilatının sədri seçilib. İlham Qasımov yekdilliklə ərazi ilk partiya təşkilatının sədri seçilib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Xırman” firmasında YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının yaranmasının mühüm hadisə olduğunu vurğulayıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın həyatında yeni dövrün başlandığını qeyd edən sədr bildirib ki, ulu öndərin rəhbərliyi ilə ölkəmiz inkişaf edib, böyük iqtisadi və sosial uğurlar qazanıb. Ramiz Göyüşov bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf etdiyini, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Ramiz Göyüşov bildirib ki, ötən ay keçirilmiş prezident seçkilərində xalqın Prezident İlham Əliyevə yenidən etimad göstərməsi son 10 ildə dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. O, Binəqədi rayonu ərazisində aparılan quruculuq və abadlıq işlərindən də danışıb.
Sonra yeni təsis edilən ərazi ilk partiya təşkilatı sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info