Ukraynada Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
Tarix: 27.12.2013 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının təşəbbüsü ilə Vinnitsa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, Vinnitsa vilayət dövlət admnistrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin, diaspora və KİV nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının sədri Emin Adıgözəlov çıxış edərək, 22 il bundan öncə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb: "2013-cü il dövlətimiz və xalqımız üçün ən yadda qalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə imza atdı. Bu il yekdilliklə Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi 50 milyonluq Azərbaycan xalqının ən böyük uğurlarından biridir".
Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa Dövlət Tibb Universitetinin prorektoru Sergey Zaiko, Vinniça Vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit 2 il bundan öncə Vinnitsa vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və adət-ənənələrini özündə əks etdirən çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar.
Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan natiqlər, Vinnitsa vilayətində tarixi vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən azərbaycanlı gəncləri həmrəylik günü və yeni il münasibəti ilə təbrik ediblər.
Təbdirdə UAGB-nin Vinnitsa Vilayət təşkilatının özfəaliyyət ansanblının ifasında geniş konsert və maraqlı ədbi bədii kompozisiya nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info