Elman Mehdiyev: “İşləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarəti daha da güclənəcək”
Tarix: 27.12.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


İşləyənlərin sosial sığortaya cəlb olunması məqsədi ilə onların qeydiyyatının aparılması ilə yanaşı mövcud iş yerlərində ödənilən əməkhaqlarının tam leqallaşdırılması da xüsusi ilə vacib şərtdir. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev işləyənlərin sosial sığortaya cəlb edilməsi ilə bağlı mövcud vəziyyəti şərh edərkən bildirib. DSMF sədri vurğulayıb ki, qeyd olunan problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən ötən il konkret tapşırıqlar verilib və Fondun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınmış, bununla da sığortaolunanların sayı 2 milyon 630 min nəfəri ötüb: “Lakin burada digər mühüm bir məqam da diqqətə alınmalıdır ki, xüsusilə əməkhaqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır”.
E.Mehdiyev nəzərə çatdırıb ki, ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilib. Müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir: “Fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcək”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info