Azərbaycana heç zaman turist gəlməyən ölkələrdən insanlar gəlib
Tarix: 27.12.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirildi. Əvvəlcə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş mədəniyyət işçilərinə mükafatlar təqdim edildi. Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış etdi. Nazir cari ildə ölkəmizdə keçirilmiş möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açan natiq bildirdi ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cari ilin Azərbaycan mədəniyyəti üçün olduqca uğurla başa çatdığını diqqətə çatdıran nazir qeyd etdi ki, Azərbaycan 2013-cü ildə dünya əhəmiyyətli bir neçə möhtəşəm tədbirə ev sahibliyi edib. Bu tədbirlər sırasında mədəniyyət tədbirləri xüsusi önəm daşıyır. Mədəniyyət, incəsənət sahəsində qazanılmış uğurlardan söz açan nazir bildirdi ki, bu gün bizim mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin, sənət incilərimizin UNESCO-nun qorunması vacib olan müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiqdir. Ə.Qarayev görülmüş işlər, əldə olunmuş uğurlarla yanaşı, mövcud problemlərdən də söz açdı. Nazir bildirdi ki, ötən müddətdə Azərbaycanın teatrları, musiqi kollektivləri bir sıra xarici ölkələrdə qastrollarda olublar, tamaşalar qoyublar: "Ancaq bir neçə məsələ, o cümlədən teatrların iş cədvəli, teatr və musiqi kollektivlətinin repertuarı məni natahat edir". Nazir bildirdi ki, teatrların bəziləri həftədə cəmi 2 tamaşa qoyurlar. Uşaqlar üçün isə tamaşalar heç hazırlanmır: "Dəfələrlə demişəm ki, teatrlar 2 səpkidə teatr hazırlamalıdırlar. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər".
Nazir onu da bildirdi ki, Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək. Onun sözlərinə görə, kitab sərgisinin keçirilməsi insanların kitablara olan marağını artırar, cəmiyyətdə kitablara olan münasibəti dəyişər.
Nazir qeyd etdi ki, Azərbaycan artıq UNESCO-nun ən mötəbər komitələrinin tədbirlərinin keçirilməsinə ev sahibliyi edir. Artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Novruz bayramı, tar, xalçaçılıq, Çövkən oyunu daxil edilib.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda bu il keçirilən beynəlxalq tədbirlər turizm sahəsinə də öz təsirini göstərir. Bunun nəticəsində Azərbaycana heç zaman turist gəlməyən ölkələrdən insanlar gəlib.
Tədbirdə gündəlikdə duran məsələlər geniş müzakirə olundu və 2014-cü il üçün nazirliyin iş planı təsdiq edildi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info