Krım- dünyada və MBD-də ən gözəl turizm mərkəzlərindən biri
Tarix: 28.12.2013 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


V yazı
Ötən saylarımızda da yazmışdıq ki, Azərbaycandan olan 8 nəfərlik jurnalist qrupu olaraq “Silk Way” şirkəti və şirkətin Turizm Departamentinin direktoru Faiq Qurbanovun təşkilatçılığı və dəstəyi ilə noyabr ayının 25-dən dekabr ayının 2-ə qədər Ukraynanın Krım Muxtar Respublikasında info-turda olduq. Krımla bağlı ötən yazılarımızda bir çox məqamlar və turizm, istirahət, kurort mərkəzləri ilə bağlı bildirmişdik. Bu dəfə isə yazdıqlarımızı bir qədər ümumiləşdirmək və eləcə də ötən yazılarımızda qeyd etmədiyimiz əlamətdar məqamlarla bağlı məlumat vermək istəyirik.

Əlverişli və rahat nəqliyyat sistemi

Birinci nəqliyyat barəsində. Beləliklə, Simferopol aeroportu Krıma uçuş həyata keçirmək istəyən hər kəsi qəbul etməyə və istirahət etməyə gələn qonaqları Krımın cənub sahillərinə və müalicə mərkəzlərinə, yarımadanın kurort şəhərlərinə çatdırmağa hazır vəziyyətdədir. Hava limanında beynəlxalq uçuşlar üçün gəliş, gediş terminalları və eləcə də daxili uçuşlar üçün ayrıca terminallar var.
Burada VİP və biznes-klass sərnişinlər üçün yüksək komfortlu zallar yaradılıb.
Krımda dəmir yolu vağzalları Simferopol, Cankoy, Yevpatoriya, Kerç, Sevastopol və Feodosiya kimi şəhərlərdə var. Qatarla Krıma Ukraynanın müxtəlif şəhərlərindən, Rusiyadan, Belarusdan gəlmək çox rahatdır.
Bir daha qeyd edirik ki, Krım yarımadasında bütün nəqliyyat növləri kifayət qədər geniş yayılıb. Buraya avtomobil, dəmiryolu, aviasiya və dəniz nəqliyyatını aid etmək olar. Bununla belə, Krımda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil yollarının sıxlığına görə Krım hətta Kiyev və Donetsk vilayətlərini də ötüb keçib və Ukraynada bu sahədə lider mövqedədir.
Yaltada, Aluştada və digər yaxın qəsəbələrdə sürətli trolleybuslardan da çox səmərəli bir şəkildə yararlanmaq olar.
Dəmiryolu rabitəsi barəsində isə onu demək olar ki, yarımadaya Ukraynanın digər regionlarından iki dəmiryolu yatağı vasitəsilə gəlmək olar. Onların kəsişmə nöqtəsi Cankoy hesab olunur. Buradan Kerç istiqamətində dəmiryolu xətti başlanır. Krımın dəmiryolları özündə Simferopolu, Sevastopolu, Sakini, Yevpatoriyanı, Feodosiyanı, Kerçi, Cankoyu, Krasnoperekopsku və Armyanskı ehtiva edir.
Krımın ən böyük dəniz limanları isə Kerç, Feodosiya, Yevpatoriya və Sevastopolda yerləşir.

Gözəl iqlim və unikal istirahət növləri

İsti Qara dəniz, heyrətamiz Krım təbiəti, yarımadanın zəngin tarixi və abidələrindəın başqa istirahət edənlər akvaparkların gözəlliyindən də zövqa ala bilərlər. Akvaparklar Krımın demək olar ki, hər bir kurort regionunda var. Bu akvaparklarda ən yüksək səviyyədə xidmətlər göstərilir. Həmçinin burada ekstremal attraksionlar, uşaq hovuzları və sair əyləncəli yerlər Krımın əyləncə kompleksini tamamlamış olur.
Krımda ən populyar sayılan akvaparklar arasında Aluştadakı “Mindalnaya roşa”, Yevpatoriyada Bvananovaya respublika”, “Koktebelskiy akvapark”, Simeizdə “Qoluboy Zaliv”, Sudakda Vodnıy mir”, Sevastopolda “Zurbaqan” və sairlərini qeyd etmək olar.
Qeyd edək ki, çoxları Krımı yayda görür, buna görə də onlara elə gəlir ki, Krımda yay ilboyu davam edir. Xoş iqlim Qara dənizdə gözəl istirahət və əla müalicəyə şərait yaradır.
Qeyd edək ki, Krımda hava çox müxtəlif foralı və dəyişkən ola bilər. Çünki iqlimə dağlar və dəniz təsir edir. Yarımadanın bəzi regionları dağlar vasitəsilə soyuq şimal küləklərindən qorunur, sahilyanı zonalarda isə yayda istidən qızan dəniz payıza doğru tədricən soyumağa və öz istisini payıza verməyə məcbur olur, ona görə də Krımda yumşaq və “məxməri mövsüm” var.
Krımın cənub sahili təbii divarlar olan Krım dağlarının əsas silsiləsi ilə örtülüb. Buna görə də məhz burada iqlim öz əzəli formasında qorunub saxlanmış olur. Krımın bu yerində iqlim subtropikdir, buna görə də burada istirahət və iqlim müalicəsi üçün ideal şərait var.
Yarımada MDB ərazisinin daha çox günəşli rayonlarından biri hesab olunur. Dəniz brizi buludların formalaşmasına mane olur, buna görə də yayda və qışda Krımda çoxlu günəşli günlər olur.
Krımda yaz günləri də çox dəyişik olur. Yağışlı, dumanlı günlərdən başqa, Günəş parlayan günlər də çox olur. May ayının başlanğıcında isə artıq çimərlik mövsümü başlayır. Krım yayı maydan oktyabra qədər davam edir. İyun ayında bütün Krım başdan-başa yaşıl olur, amma bir aydan sonra şimal-qərbdəki çöllər qızmar Günəşdən saralmağa başlayır. Qeyd edilməlidir ki, yayda Krımın bu rayonlarında yağıntı demək olar ki, çox az olur, amma hər gün günəşli olur. Payız - ilin orqanizmin sağlamlaşması üçün ən yaxşı günlərindən biridir. Bu vaxt hava sakit, günəşli və isti olur. Bu zaman sərt dəyişiklik noyabrın ikinci yarısında gəlir. Krımda qış ölkənin digər yerlərindən fərqli olaraq sərt keçmir. Burada çoxlu gözəl günəşli qış günləri olur. Hmçinin hava dəyişilir, yağış və qar yağır.
Krımın iqlimi sağlamlaşma üçün unikal sayılır. Krım iki dəniz tərəfindən - Qara dəniz və Azov dənizi tərəfindən yuyulur. Buna görə də təəccüblü deyil ki, regionda dəniz rabitəsi var.
O cümlədən, yarımadada teploxod, qayıq və yaxtalarla dəniz gəzintiləri təşkil edilir.
Arzu edən hər kəs açıq mənzərədən həzz almaq və ya bir kurort məntəqəsindən digərinə dəniz yolu ilə getmək üçün dəniz nəqliyyatından istifadə edə bilər.
Yarımadada Yevpatoriya-Sevastopol marşrutu var. Bununla bərabər, Yaltadakı dəniz limanından Aluştaya, Alupkaya, Qurzufa və həmçinin saray-qala olan “Qaranquş Yuvası”na getmək olar.
Bundan başqa Krım limanları digər ölkələrdən gələn gəzinti laynerlərini qəbul edirlər. Bununla bərabər, su ilə səyahət edən turistlər üçün müxtəlif ekskursiyalar təşkil edilir. Onu da qeyd edək ki, Rusiyadan Krıma Kerç bərəsi vasitəsi ilə daxil olmaq olar. Bunun üçün “Qafqaz” və “Krım” limanlarında sərhəd və gömrük nəzarətindən keçmək lazımdır.
Krım o qədər unikal və çoxşaxəlidir ki, buraya gələn hər kəs burada ürəyinə yatan məşğuliyyət tapa bilər. Burada həmçinin, möhtəşəm çimərliklərdə zövq ala, diqqətəlayiq yerlərə baş çəkə və aktiv istirahətlə məşğul ola bilər.

Cəzbedici aktiv istirahət proqramları

Krımda aktiv istirahət üçün külli miqdarda müxtəlif proqramlar mövcuddur. Yarımadada bütün turistlərə havada sürmə, oyunlar, peyintbol, yaxtada gəzinti, paraplanerizm və digər əyləncəli məşğuliyyətlər olduqca əlçatandır.
Xüsusilə qeyd edək ki, bu proqramlar üçün xüsusi hazırlıq tələb olunmur. Onlar hər kəs üçün hesablanıb. Hər şeydən öncə Krımda aktiv istirahəti parlaq və unudulmaz təəssüratlar qazanmaq istəyən, buraya yenidən təkrar-təkrar dönmək istəyən adamlar daha çox sevirlər.
Komanda oyunlarını sevənlər üçün ən ideal oyun peyntbol hesab olunur. Bu oyun heç bir xüsusi hazırlıq tələb etmir. Ona görə də, bu oyunda hətta uşaqlar da iştirak edə bilərlər. Əgər siz peyntbolu zədələnmək baxımından təhlükəli hesab edirsinizsə, onda alternativ variantı - lazertaqı seçmək olar. Bu oyun üçün lazer silahlar və xüsusi ölçü cihazı təyin edilib ki, bu cihaz hədəf dəyiləndə, dəqiq şəkildə məğlubiyyəti göstərir. Krım yarımadasının dağlıq gözəlliyini görmək üçün çoxlu idman-atçılıq klublarından birinin xidmətindən yararlanmaq və atla dağlara getmək olar.
Bir sözlə, Krımda aktiv istirahətin variantları çoxçeşidli və demək olar ki, sonsuzdur. Burada yaddaqalan, yaxşı istirahət keçirmək üçün hər şey mövcuddur.
Qeyd edildiyi kimi, Ukraynanın hazırkı qanunvericiliyinə görə, burada xarici vətəndaşlara gəliş üçün vizalı və vizasız rejim var. Vizalar Ukraynanın xaricdə yerləşən diplomatik nümayəndəliklərində və konsul qurumlarında təşkil olunur.
Viza dəstəyi Ukraynanın mövcud ölkələrdə olan səfirliklərində akkreditə olunmuş şirkətlərlə əməkdaşlıq edən turizm agentlikləri vasitəsilə də göstərilə bilər.
İlkin AĞAYEV
Bakı-Krım-Bakı




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info