Mingəçevir gəncləri cari ili uğurla başa vurublar
Tarix: 28.12.2013 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Mingəçevir şəhərində bayram şənliyi təşkil edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə gənclər və idman idarəsinin birgə təşkil etdiyi mərasimdə xalqımızın milli mənəvi dəyərlərinə, qan yaddaşımıza hopmuş xüsusi təqvim günlərinin əhəmiyyətindən danışılıb. Qarşıdan gələn bayram münasibətilə gəncləri təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vurğulayıb ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu bayramın qeyd edilməsi azərbaycançılıq ideyasının zənginləşməsinə, diaspor təşkilatlarının fəaliyyətinin güclənməsinə, hər bir adamda Vətən sevgisinin artmasına müsbət təsir göstərir. Gənclərin mənəvi və fiziki inkişafına göstərilən dövlət qayğısından söz açan şəhər rəhbəri Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Kompleksinin yenidən qurulmasını, şəhər stadionunun, şahmat məktəbinin əsaslı təmirini, gənclər evinin tikilməsini bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi yüksək qiymətləndirib. Məlumat verilib ki, gələcəkdə şəhərdə yeni olimpiya idman kompleksi, Bakı idman liseyinin filialı, idmançıların tibbi bərpa mərkəzi inşa olunacaq, “Energetiklər qəsəbəsi”ndəki idman kompleksi bərpa ediləcək.
Cari ilin mingəçevirli idmançılar üçün uğurlu olduğunu vurğulayan şəhər gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli demişdir ki, hesabat ilində ölkə birinciliyi və çempionatlarından şəhərə 21 qızıl, 15 gümüş və 21 bürünc medal gətirilib.
Bayram şənliyində gənclərin nümayəndələri çıxış edərək onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Tədbir Şaxta baba və Qar qızın təbrikləri, şən mahnılar, rəqs nömrələri, əyləncəli oyunlar, bilik yarışmaları ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
2 Yalnızlıq qorxusu
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info