Bişkekdəki Azərbaycan diasporunun üzvləri Həmrəylik Gününü qeyd ediblər
Tarix: 28.12.2013 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə Bişkekdəki diasporumuzun üzvləri, Qırğızıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulu Fərhad Məmmədov Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətnini oxuyub, bu günün tarixi əhəmiyyətini haqqında ətraflı məlumat verib.
AMM-nin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu barədə xüsusi qərar qəbul etmiş, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunub. Beləliklə, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub.
Bildirilib ki, hazırda Qırğızıstanın ali məktəblərində 500-dən çox azərbaycanlı tələbə təhsil alır və onların əksəriyyəti AMM-nin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.
Jurnalist, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli 2001-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının ilk tarixi qurultayının keçirildiyini, Ümummilli Liderin bununla da dünya azərbaycanlılarını birləşdirmək kimi tarixi bir missiyanın müəllifinə çevrildiyini, həmin tarixi missiyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O deyib ki, məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.
Sonra müxtəlif xalqların nümayəndələri azərbaycanlı həmkarları ilə birlikdə Azərbaycan, türk, qırğız dillərində mahnılar oxumuş, milli rəqslərimizi ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info