RAGB Həmrəylik Günü münasibətilə tədbir keçirib
Tarix: 28.12.2013 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bayram şənliyi təkcə Moskvada deyil, Rusiyanın müxtəlif regionlarında təhsil alan azərbaycanlı gəncləri bir araya gətirmişdir. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırıb. E.Hacıyev qeyd etmişdir ki, RAGB-nin üzvü olan gənclər Azərbaycanın və Rusiyanın həyatının bütün sahələrində fəal iştirak edirlər. Rusiya paytaxtının və regionların ali məktəblərində təhsil alan gənclərin səhnədə bir araya gələrək təmsil etdikləri ali məktəblərin müəllim və tələbələrinin təbriklərini çatdırmaları RAGB-nin yeni il şənliklərinin xoş ənənəsinə çevrilib. Sonra Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gəncləri təbrik edib, xoş arzularını çatdırıb.
Bayram gecəsi müxtəlif viktorinalar və şən rəqslərlə davam edib.
Tədbirdə Rusiya dövlət qurumlarının, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info