Təhsil Nazirliyində vətəndaşların qəbul qaydası açıqlandı
Tarix: 28.12.2013 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov "Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası"nın təsdiqləyib.
“Palitra” nazirliyin saytına istinadən xəbər verir ki, həmin qaydalara əsasən, nazirin qəbulu ayda bir gün, nazir müavinlərinin qəbulu iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu həftədə azı bir gün olmalıdır.
Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul edilir.
Təhsil Nazirliyinin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti işçiləri fəaliyyətlərində bu qaydaların tam və düzgün tətbiq olunmasını təmin edilməlidir. Nazirliyin ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli şəxsləri müəyyən olunmuş vətəndaşların qəbulu qrafikinə ciddi riayət etməlidirlər.
M.Cabbarov Təhsil Nazirliyinin informasiya şöbəsinə qəbula yazılan vətəndaşın yazılı və elektron formada uçotunu aparılmasını da tapşırıb. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info