“Bakı Qış Neft Məktəbi“ adlı layihə həyata keçiriləcək
Tarix: 28.12.2013 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Alman Akademik Mübadilə Xidmətinin (DAAD) "Şərqə Doğru" proqramı çərçivəsində Bakı Ali Neft Məktəbində "Bakı Qış Neft Məktəbi" adlı layihə həyata keçiriləcək.
Bakı Ali Neft Məktəbinin "Bakı Qış Neft Məktəbi" layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) "Şərqə Doğru" proqramı çərçivəsində həyata keçirdiyi tenderi qazanıb.
Layihəyə əsasən müsabiqəni uğurla keçən Almaniyanın müxtəlif universitetlərində təhsil alan alman tələbələr 03-15.03.2014 -cü il tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək qış məktəbində iştirak edə bilərlər.
Qış məktəbində iştirak etmək üçün namizədlər birbaşa təşkilatçılara müraciət edəcək və təşkilatçıların rəyi nəticəsində iştirakı müəyyənləşdirilən tələbələrin xərcləri DAAD tərəfindən ödəniləcəkdir. Qış məktəbində azərbaycanlı tələbələr də iştirak edə bilərlər.
İştirak etmək istəyən azərbaycanlı tələbələr Bakı Ali Neft Məktəbinin təqaüd proqramına müraciət edəcək və seçildikləri təqdirdə qış məktəbində təhsil ala biləcəklər. "Bakı Qış Neft Məktəbi" proqramı çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, eyni zamanda Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan bölgələrimizə səyahət edəcək, muzeylərimizlə və görməli yerlərlə tanış olacaqlar. Layihə çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün neft buruqları, tarixi neft daşları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərlə də tanış olacaqla
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info