Azərbaycan-Özbəkistan elmi əlaqələrində yeni addımlar
Tarix: 28.12.2013 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında dünya ölkələrinin akademik qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin yenidən qurulması və daha da inkişaf etdirilməsi istiqamətində geniş iş aparılır, bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün ardıcıl olaraq tədbirlər sistemli şəkildə həyata keçirilir. Bu, ölkə elminin üfüqlərinin daha da genişləndirilməsinə, dünya təcrübəsinin və yeniləşmələrin öyrənilməsinə, birgə layihələrin hazırlanıb icra olunmasına, inteqrasiya proseslərinin dərinşləməsinə, milli elmin nailiyyətlərinin təbliğinə münasib şərait yaradır. Həmin baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin Polşa, Ukrayna, Belarus Elmlər akademiyalarının, Türkiyənin TUBİTAK elmi-texniki təşkilatı ilə keçirdiyi görüşlər, imzaladığı müqavilələr, Akademiya nümayəndə heyətinin etdiyi səfərlər, aparılan müzakirələr akademiyalararası qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin formalaşdırmasını şərtləndirir.
Bu cəhətdən Azərbaycan Milli Elmlər Akademiyası nümayəndə heyətinin Özbəkistan Elmlər Akdemiyasına səfəri də əhəmiyyətli olub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri akademik İbrahim Quliyevin və akademik İsa Həbibbəylinin təmsil etdiyi nümayəndə heyəti Özbəkistan Elmlər Akademiyasının yaradılmasının 70 illik yubiley tədbirlərində iştirak edib, bir sıra elmi-tədqiqat qurumlarının rəhbərləri ilə işgüzar görüşlər keçirib, akademiyalararası əlaqələrin yenidən formalaşdırılması istiqamətində danışıqlar aparıblar. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Özbəkistan Elmlər Akademiyasının rəhbərləri, rəyasət heyətinin üzvləri, ayrı-ayrı institutların direktorları ilə danışıqlar zamanı ölkənin tarixi ənənələrinə və milli maraqlarına uyğun şəkildə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan tərəfinin mövqeyini nəzərə çatdırıb. Özbəkistan Elmlər Akdemiyasının rəsmi nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Özbəkistan Elmlər Akdemiyasının 70 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda bu qurumun prezidenti, akademik Şövkət Salixov «Elmlər Akademiyası Özbəkistan Respublikasının müstəqillik illərində» mövzusunda məruzə ilə çıxış edib. Özbəkistan Respublikası Baş Nazirinin müavini A.İkramov ölkə rəhbərliyi adından Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik edib. Yubiley tədbirlərində iştirak edən 21 ölkənin elmi qurumlarının yubiley mərasiminin ayrı-ayrı mərhələlərində – təntənəli yığıncaqda, ikitərəfli görüşlərdə və ziyafət zamanı çıxış edib, ürək sözlərini çatdırıblar. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli rəsmi təntənəli yığıncaqda çıxış edərək Azərbaycan Milli Akademiyasının Özbəkistan Elmlər Akademiyasına, özbək alimlərinə yüksək və doğma münasibətini ifadə edib. Çıxışda, dünya elminə Əbu Nasir Fərabi, Əbu Reyhan Biruni, Əlişir Nəvai, Mirzə Uluqbəy və başqaları kimi dahi şəxsiyyətlər bəxş etmiş Özbəkistanla böyük dühaların vətəni olan Azərbaycan arasındakı çoxəsrlik əlaqənin tarixi ənənələrindən, XX əsrdəki mənzərəsindən, müstəqillik dövründəki vəzifələrindən geniş söz açılıb. Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin imzaladığı təbrik məktubunu, zəngin milli naxışlara malik xalçanı, «Azərbaycan xalçaları» kitabını Özbəkistan Elmlər Akademiyasının prezidenti Şövkət Salixova təqdim ediblər. Özbəkistan Elmlər Akademiyasının rəhbərləri ilə görüşdə iki ölkənin akademiyalarının əlaqələrini yenidən qurmaq üçün yeni əməkdaşlıq müqaviləsinin hazırlanmasına dair razılaşma əldə olunub.
Azərbaycan nümayəndə heyəti yubiley tədbiri çərçivəsində bir sıra görüşlər keçirib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Özbəkistan Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun direktoru, geologiya-mineralogiya elmləri doktoru Abdurazak Mirzayevlə keçirilən görüşdə bu elmi istiqamət üzrə qarşılıqlı əməkdaşlıq məsələlərindən bəhs olunub. Azərbaycanlı qonaqlar institutun Mineralogiya muzeyi, Daşlaşmış ağaclar qədim təbiət aləmi guşəsi, Geokimya və geotexnologiya laboratoriyası ilə tanış olublar. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Özbəkistan Elmlər Akademiyasının İctimai və Humanitar Bölməsinin Dil-Ədəbiyyat, Şərqşünaslıq, Arxeologiya, İncəsənət institutlarının rəhbərləri və təmsilçiləri ilə aparılan danışıqlarda yeni tarixi mərhələdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsindən, mövcud imkanlardan bəhs edib. Bundan başqa, Azərbaycan ədəbiyyatının böyük klassiki Nizami Gəncəviyə Daşkənd şəhərində ucaldılmış abidə ziyarət olunub. Azərbaycan nümayəndə heyəti, həmçinin Səmərqənd şəhərindəki tarixi yerlərlə, memarlıq abidələri ilə də tanış olmaq imkanı əldə ediblər.
Daşkənddəki Azərbaycan səfirliyində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub.
Beləliklə, yeni mərhələdə Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb.
Günəş




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info