Təcridxananın divarında gizli saxlanc yeri aşkarlanıb
Tarix: 28.12.2013 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Bakıdakı 3 saylı İstintaq təcridxanası və 8 saylı cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Əflatun Ələkbər oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın sanitar qovşağının divarındakı gizli saxlanc yerindən 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Əflatun Bağırov Cinayət Məcəlləsinin 237.1 (Qanunsuz olaraq narkotik xassəli bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Dekabrın 28-də isə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Rüfət Yaşar oğlu Rüstəmliyə məxsus, məhkumlar üçün nəzərdə tutulmuş soyuducuda plastik qabda ərzaq məhsulu - Şorun içərisində gizlətdiyi 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Rüfət Rüstəmli Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)və 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə)maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info