Xətaidə bayram yarmarkası
Tarix: 28.12.2013 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Dekabrın 28-də Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edib. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır. Yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.
Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Artıq 7 ildir ki, fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.
Nazir vurğulayıb ki, paytaxtda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir. Dünya təcrübəsində bu yarmarkaların arxasında meyvə-tərəvəz logistika bazaları (məhsulların saxlanması, daşınması və satışı) dayanır. Meyvə-tərəvəz logistika bazalarının təşkili, yarmarkalar ilə onların arasındakı əlaqə yeni sxem üzərində qurulacaq. Logistika bazalarında iaşə obyektlərindən tutub, anbarlara, xidmətlərə və daşınmalara qədər hər şey təşkil olunacaq. Yarmarkalar dünya ölkələrinin təcrübəsinə uyğun formada təşkil ediləcək. Bu proses müəyyən vaxt tələb edir.
Qeyd edək ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub. Yarmarkalar dekabrın 28-dən 31-dək davam edəcəkdir. Ümumilikdə indiyədək 792 yarmarka keçirilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info