2014-cü il Belarusda “Qonaqpərvərlik ili” elan edilib
Tarix: 28.12.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


2014-cü il Belarusda “Qonaqpərvərlik ili” elan edilib. Bu barədə respublikanın prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.
Sənəddə deyilir: “Turizmin inkişaf etdirilməsi, Belarusun coğrafi vəziyyəti, təbii, tarixi və mədəni sərvətləri nəzərə alınmaqla müasir turizm infrastrukturu yaradılması, vətəndaşlarda vətənpərvərlik qüruru və vətənə hörmət hissləri tərbiyə edilməsi məqsədilə 2014-cü il respublikada “Qonaqpərvərlik ili” elan edilib”. Belarus hökumətinə yerli hakimiyyət orqanları ilə birlikdə “Qonaqpərvərlik ili”nin keçirilməsinə aid respublika tədbirlər planı işləyib hazırlamaq və təsdiq etmək barədə tapşırıq verilib. Fərmanda vurğulanır ki, “Qonaqpərvərlik ili”nin elan edilməsi hakimiyyətin və vətəndaşların səylərini Belarusun turizm imkanlarının inkişaf etdirilməsi və onlardan səmərəli istifadə, respublikanın alman faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümünü bayram etməyə gələcək xarici qonaqların yüksək səviyyədə qəbulunun təşkil edilməsinə, xokkey üzrə dünya çempionatı, digər beynəlxalq tədbirlər keçirilməsinə şərait yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info