“İnternet azadlığı və sosial şəbəkələr milli potensialımızı üzə çıxarır”
Tarix: 28.12.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Rufiz Qonaqov: “İctimai təşkilatların, gənclərin sosial şəbəkələrdəki fəallığı təşəbbüskarlığın və insan kapitalının inkişafı deməkdir”

“Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir. Hər kəs istənilən məkanda və sərbəst surətdə öz fikirlərini geniş ictimaiyyətlə bölüşə bilir. Bu da ölkədə azad fikirlilik, internet imkanlarından bəhrələnməklə, təşəbbüskarlığın artması deməkdir”. Bu sözləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib. BMAM rəhbəri qeyd edib ki, ölkə gəncləri, ictimai sektorun təmsilçiləri sosial şəbəkələrin fəal iştirakçılarıdır. Bu da vətəndaşlarımızın, ictimai təşkilatlarımızın inkişafının, təşəbbüskarlığının artmasına çox böyük stimul verir:
“Təkcə, “facebook”da 1 milyondan çox istifadəçi var. İnternet azadlığına məhdudiyyət qoyulmaması, senzura tətbiq olunmaması həm gənclərin, həm də digər ictimai qurumların, bütünlükdə ictimai fəaliyyətin və təşəbbüskarlığın artmasına geniş imkanlar yaradır. Sosial şəbəkə istifadəçiləri sosial-iqtisadi baxışlarını, ictimai-siyasi düşüncələrini paylaşmaq, dövlətçilik maraqlarını müdafiə etmək və onu daha geniş ictimaiyyətə çatdırmaq üçün öz imkanlarından, intellektlərindən sərbəst istifadə edirlər. Bu şəbəkələrin yaratdığı imkanlardan yararlanan minlərlə azərbaycanlı bu və ya digər formada milli maraqlarımızı müdafiə edir, mədəniyyətimizin, tariximizin dünyaya çatdırılmasında fəallıq göstərir. Kampaniyaların sistemli aparılması ölkəmizin inkişafı və informasiya yayılması baxımından müstəsna rol oynayır. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya Ədalət”, Şuşanın işğalı ilə “Şuşaya azadlıq” kampaniyalarında ictimai təşkilatların internet üzərindən apardıqları təbliğat informasiya blokadasından çıxış, dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduca böyük və əhəmiyyətli bir hadisə oldu. Statistik hesablamalara görə, bu kampaniyalara 100 minlərlə sosial şəbəkə iştirakçısı qoşulub və bu çox ciddi göstəricidir”. Rufiz Qonaqov qeyd edib ki, prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə dövlətçiliyimizin təbliği, ölkədəki ictimai-siyasi sabitliyin müdafiəsi ilə bağlı aparılan təbliğat kampaniyalarında da ictimai sektorun, o cümlədən gənclərin fəallığı çox diqqətəlayiqdir: “Bu mövzularda sosial şəbəkələrdə açılan polemikalar həm öyrənmək, həm də informasiya baxımından ciddi əhəmiyyətə malikdir. Sosial şəbəkədə fəaliyyət göstərən “Ağ yol” Vətəndaş Hərəkatına məxsus "facebook" qrupu nəinki Azərbaycanda, hətta MDB-də ən böyük qrupdur. Bundan əlavə "facebook" sosial şəbəkəsində ondan artıq sayı yüz minlərlə olan qruplar və səhifələr mövcuddur. Bu qrupların birbaşa fəaliyyəti Azərbaycan dövlətinin, onun iqtisadi-siyasi inkişafının, sabitliyin təbliğatı olub. Bu təşəbbüskarlıq alqışlanmalıdır. Eyni zamanda ölkəmizdə digər sosial şəbəkələrdən - "twitter", "vkontakte", "youtube", "instagram", "odnoklassniki", "whatsApp" və digələrindən istifadə edən yüzminlərlə vətəndaşlarımız var. Bu onun göstəricisidir ki, Azərbaycanda yeni media və sosial şəbəkələrdən sərbəst şəkildə geniş istifadə mövcuddur. Hesab edirik ki, sosial şəbəkələrdə fəaliyyət, xüsusən də, Azərbaycanın dövlət maraqlarının müdafiəsi, qlobal geosiyasi nəzəriyyədə və praktikada yeri, müstəqilliyimiz və onun qarantiyası olan ənənələrin təbliğatı, mədəniyyət və tariximiz, turizm, diaspor fəaliyyətimiz, torpaqlarımızın işğalı, Qarabağ problemi, yurd-yuvasından didərgin düşmüş 1 milyondan çox qaçqın və köçkün soydaşlarımızın problemləri ilə bağlı sosial şəbəkələrdə ayrı-ayrı ictimai təşkilatlar və fərdlər tərəfindən başladılan kampaniyalar gücləndirilməlidir. Xalq-dövlət vahidliyi, ərazi bütövlüyümüzlə bağlı kampaniyalarımız davam etdirilməlidir. Sosial şəbəkələrdəki aktivlik və təşəbbüskarlıq göstərir ki, Azərbaycan cəmiyyəti ictimai-siyasi baxımdan aktiv və yetkindir. Bu təşəbbüskarlıq və aktivlik milli potensialımızı üzə çıxarır, insan kapitalının inkişafına təkan verir”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info