“İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət”
Tarix: 28.12.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib.
Konfransda Qərb bölgəsinə daxil olan rayonlarda mövcud olan yerli KİV-lərin təmsilçiləri, respublika yayımlı KİV-lərin Qərb bölgəsi üzrə yerli təmsilçiləri, bölgənin sosial media fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, KİVDF və Yevlax ŞİH başçısı və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri də qatılıblar. KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov konfrans iştirakçılarına tədbirin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Daha sonra “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanda azad internet məkanının inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarından danışıblar. Çıxışçılar internetin inkişafının KİV-lərə göstərdiyi təsir, ənənəvi media ilə “yeni media”nın fərqli və oxşar cəhətləri, internet medianın yaratdığı tendensiyalar barədə fikirlərini bölüşüblər. Konfrans müddətində 2013-cü ilin may ayında Milli Məclisin Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə etdiyi dəyişikliklər, həmçinin, internet üzərindən yayılan informasiyalar barədə hüquqi məsuliyyəti tənzimləyən digər qanunvericilik aktları barədə geniş müzakirələr keçirilib. Qeyd edilib ki, internet üzərindən yayılan məlumatlarda hüquqi məsuliyyət təkcə “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə görə yaranmır. Şəxsi həyatın toxunulmazlığı prinsipi, ailə məsələləri, uşaq hüquqları, dövlət sirri, terrora və iğtişaşlara çağırış kimi bir sıra məsələlər var ki, internet üzərindən informasiya yayanlar bunları mütləq nəzərə almalıdırlar. Bu sahədə qeyri-dəqiq, əsaslandırılmamış informasiyaların yayılması internet üzərindən məlumat yayanlar üçün də hüquqi məsuliyyət yaradır.
Konfrans zamanı region jurnalistlərinin və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib, təklifləri qeydə alınıb.
Konfrasın gedişində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədova “Media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə” KİVDF-nin xüsusi diplomu təqdim edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info