“Şahdəniz-2” layihəsi çərçivəsində daha bir iri müqavilə bağlanıb
Tarix: 28.12.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən «Şahdəniz» qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsi üçün növbəti iri müqavilə bağlanıb. Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, KBR şirkəti ilə bağlanan bu müqavilə «Şahdəniz-2» layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin bağlanması dekabrın 17-də Bakıda imzalanan Mərhələ-2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib. Müqavilənin dəyəri 365 mln. ABŞ dolları təşkil edir. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir. Bu müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət «Şahdəniz-2» dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək, Səngəçal terminalında hər birinin gücü gündə 900 mln. kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 min barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri, təchizat-tədarük xidmətlərinin göstərilməsi və layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info