Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
Tarix: 29.12.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində qeyd edilir. Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bayram şənliyi təkcə Moskvada deyil, Rusiyanın müxtəlif regionlarında təhsil alan azərbaycanlı gəncləri bir araya gətirib. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırıb. E.Hacıyev qeyd edib ki, RAGB-nin üzvü olan gənclər Azərbaycanın və Rusiyanın həyatının bütün sahələrində fəal iştirak edirlər. Rusiya paytaxtının və regionların ali məktəblərində təhsil alan gənclərin səhnədə bir araya gələrək təmsil etdikləri ali məktəblərin müəllim və tələbələrinin təbriklərini çatdırmaları RAGB-nin yeni il şənliklərinin xoş ənənəsinə çevrilib. Sonra Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gəncləri təbrik edib, xoş arzularını çatdırıb. Bayram gecəsi müxtəlif viktorinalar və şən rəqslərlə davam edib.
Tədbirdə Rusiya dövlət qurumlarının, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Niderland Krallığındakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib. Səfirliyin məlumatına görə, səfir Mir-Həmzə Əfəndiyev çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, Prezident İlham Əliyevin bu əlamətdar günə verdiyi önəmdən, müxtəlif vaxtlarda Dünya Azərbaycanlılarının qurultaylarının, forumlarının təşkil olunmasından, Azərbaycanda gedən sürətli inkişafdan, ölkəmizin get-gedə artan beynəlxalq nüfuzundan, eləcə də diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Cari ildə Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin uğurla davam etdiyini bildirən səfir ilk dəfə olaraq 2013-cü il dekabrın 2-də təşkil olunan” Dünya Azərbaycanlılarının Onlayn Forumu”nda Prezident İlham Əliyevlə görüşdə ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə və digər ölkələrlə yanaşı, Niderlandda da fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Diaspor təşkilatlarımızın Xocalı soyqırımının ildönümü ilə əlaqədar Haaqadakı Xocalı Qurbanları abidəsini ziyarəti, Beynəlxalq Ədalət Məhkəməsinin binası qarşısından Ermənistanın Niderlanddakı səfirliyinə qədər yürüşü, Niderland parlamentinin binasında Qafqaz regionunda təhlükəsizlik mövzusunda konfransı, müxtəlif gənclər təşkilatları tərəfindən universitetlərdə keçirilmiş tədbirlər xüsusi vurğulanıb. Səfir hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü söyləyib,, 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinin ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsi və xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini və mütəşəkkilliyini bir daha nümayiş etdirdiyini bildiib. Niderland parlamenti ilə əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açan M. Əfəndiyev bu ölkədə yaşayan həmvətənlərimizin seçicisi olduqları deputatlar ilə müvafiq iş aparmalarının əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçılarına Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətni çatdırılıb. Tədbirdə səfirlik tərəfindən geniş ziyafət verilib, Niderlanddakı diaspor təşkilatlarının musiqi qrupları konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər yerli diaspor təşkilatlarının təmsilçiləri, o cümlədən səfirliyin əməkdaşları iştirak ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info