Şimali Kiprdə “Mən azərbaycanlıyam” adlı tədbir keçirilib
Tarix: 29.12.2013 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


Şimali Kiprin “Yaxın Doğu” universitetində adı çəkilən universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə “Mən azərbaycanlıyam” adlı gecə təşkil olunub.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunan tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutan gecədə təxminən 450 nəfər – Şimali Kiprin müxtəlif universitetlərində-Yaxın Doğu, Doğu Akdeniz, Girnə Amerikan, Beynəlxalq Kipr adlı universitetlərdə təhsil alan azərbaycanlı gənclərlə yanaşı, Nigeriya, Qazaxıstan, Şimali Kipr və Türkiyəni təmsil edən tələbələr də iştirak ediblər.
Gecənin açılış çıxışını Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Sadıqoğlu edib. Natiq öz çıxışında Həmrəylik Gününün tarixindən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışıb. Bildirilib ki, Həmrəylik Gününün əsas məzmununu milli mənəvi dəyərlərimizə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Həmçinin əldə edilən uğurlardan da danışan prorektor, bütövlükdə dünya ictimaiyyətinin nəzərində Azərbaycanın və azərbaycanlıların imicinin yaxşılaşdırılmasının vacibliyini vurğuyaraq, bu prosesdə gənclərin xüsusi rolunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri və Şimali Kipr Doğu Akdeniz Universitetinin rektor müşaviri Orxan Həsənoğlu təşkilatçılara minnətdarlığını bildirərək, mərasimdə xalqımızın milli mənəvi dəyərlərinə, qan yaddaşımıza hopmuş xüsusi təqvim günlərinin əhəmiyyətindən danışıb. Natiq vurğulayıb ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu bayramın qeyd edilməsi azərbaycançılıq ideyasının zənginləşməsinə, diaspor təşkilatlarının fəaliyyətinin güclənməsinə, hər bir adamda Vətən sevgisinin artmasına müsbət təsir göstərir.
Qarşıdan gələn bayram münasibətilə ilə də gəncləri təbrik edən natiq, diqqətə çatdıdı ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması xalqımızın milli mənəvi varlığını təsdiq edən amillərdən biridir.
Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri həmçinin bildirdi ki, rəhbərlik etdiyi qurum azərbaycanlı gənclərin Kiprdə birləşməsi və Kipr cəmiyyətinə inteqrasiyası üçün bütün şəraiti yaradıb.
Bundan sonra Yaxın Doğu Universitetinin doktorantı Rəşad Ələkbərov da çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən, Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan söhbət açıb.
Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü və Yaxın Doğu Universitetinin tələbəsi Raul Məsum da çıxış edərək, öz şeirlərini səsləndirib.
Tədbir zamanı Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Nəzrin Həsənova və nigeriyalı tələbə Riçherd Oduki ilə birlikdə nümayiş etdirdikləri milli rəqslərimiz gecəyə əlavə rəng qatmaqla birlikdə, iştirakçıların çoşğusu və sürəkli alqışları ilə müşayət olunub.
Tədbirin sonunda Azərbaycanı tanıdan video-çarx göstərilib. Əldə edilən uğurların, Azərbaycanın sürətli iqtisadi inkişafının, ölkəmizin gücünün ön planda olduğu video-çarx böyük çoşquya səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info