Horadizdə tikinti-quruculuq işləri davam etdirilir
Tarix: 29.12.2013 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Füzuli rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Tədbirdə Dövlət Proqramı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib, hazırda rayonda geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq rayonda Aqroservis xidmətinin yaxşılaşdırılması, heyvandarlığın, taxılçılığın, tərəvəzçiliyin inkişaf etdirilməsi, kəndarası yolların əsaslı təmiri, yaşayış məntəqələrinin qazlaşdırılması, telefonlaşdırılması, içməli və suvarma suyu ilə təchizat, təhsil, mədəniyyət, səhiyyə müəssisələri tikilməsi, subartezian quyularının qazılması kimi məsələlərin icrası istiqamətində böyük işlər görülüb.
Məlumat verilib ki, hazırda dövlətimizin başçısının Sərəncamına uyğun olaraq Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun yenidən qurulması, Horadiz şəhərində Bayraq meydanının, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkının, 31 Mart soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksinin, tarix-diyarşünaslıq muzeyinin, uşaq bağçasının, veteranlar evinin, tikiş fabrikinin, idman zalının, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi, erməni işğalı zamanı dağıdılmış evlərin bərpası davam etdirilir, 5 küçədə abadlıq və yenidənqurma işləri aparılır, Heydər Əliyev parkının ərazisi genişləndirilir. Horadiz şəhəri ilə yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri davam etdirilir, Qazaxlar kəndində 180 şagird yerlik orta məktəb, Əhmədbəyli kəndində gimnaziya üçün binalar, Qarabağ kəndində heyvandarlıq kompleksi, Üçüncü Zobucuq qəsəbəsində çörək zavodu inşa edilir.
Göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edən natiqlər bildiriblər ki, füzulililər bundan sonra da müstəqil Azərbaycanın, o cümlədən Füzuli rayonunun inkişafı naminə əzmlə çalışacaqlar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info