Mingəçevirdə uşaq bağçalarının ərzaqla təminatı yaxşılaşıb
Tarix: 29.12.2013 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi KİV nümayəndələrinin iştirakı ilə uşaq bağçalarında reyd keçirib.
İcra hakimiyyətinin tabeliyində olan məktəbəqədər tərbiyə müəssisələrinin ərzaqla təminatı vəziyyətini yerində öyrənmək məqsədi ilə keçirilən reyd zamanı əvvəlcə uşaq bağçalarını ərzaqla təmin edən “İaşəçi” MMC-nin anbarı ilə tanışlıq olub. Müəssisənin direktoru Vahid Əsgərov məlumat verib ki, anbara qəbul olunan bütün malların sertifikatı var, tez xarab olan məhsullar soyuducuda saxlanılır. Kənd təsərrüfatı məhsulları bazardan, süd isə fermer təsərrüfatlarından alınır. Bu günədək məhsullardan heç bir şikayət olmayıb.
Bağçalara kartof, kələm, soğan ayda 2 dəfə, süd məhsulları isə hər gün verilir. Bağçaların ət və çörəklə təchizatı iki müəssisə tərəfindən həyata keçirilir. Şəhər bağçalarına ayda 3 dəfə ət verilir. Bağçalarda keçirilən görüş zamanı məlum olub ki, müəssisələri ət və digər zəruri ərzaq məhsulları ilə hər gün təchiz etmək mümkün deyildir. Çünki normativə görə, hər uşağa bir gün üçün cəmi 98 qəpik vəsait ayrılır, əvvəllər isə bu rəqəm 39 qəpik idi.
Şəhərin 3 nömrəli “Gülüstan”, 17 nömrəli “Fidan” və 16 nömrəli “Aynur” körpələr evi-uşaq bağçasına ümumi baxış zamanı orada nümunəvi şəraitin olduğu müəyyən edilib. Həmin uşaq bağçalarında yemək və yataq yerləri, digər otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Reydin yekunları barədə KİV nümayəndələrinə məlumat verən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev bağçalarda sanitar normaların yerinə yetirilməməsi və mənşəyi məlum olmayan ərzaqlardan istifadə edilməsi barədə fikirlərin həqiqətə uyğun olmadığını bildirərək deyib: “KİV nümayəndələri də şahid oldular ki, bütün məhsulların sertifikatı var. Sanitar qaydalara ciddi əməl olunur. Mingəçevirdə uşaq bağçalarının ərzaqla təminatı yaxşılaşıb”. Ramiz Əliyev onu da bildirib ki, 2013-cü ildə 3 uşaq bağça əsaslı təmir olunub, 2014-cü ildə isə daha 4 uşaq bağçası əsaslı təmirə saxlanacaq.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info