Azərbaycanın beynəlxalq arenada diplomatik uğur və perspektivləri müzakirə olunub
Tarix: 29.12.2013 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binasında “Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində: diplomatik uğurlar, problemlər və perspektivlər” movzusunda konfrans keçirilib.
Konfrans Binəqədi Rayon İcra Hakimiyyəti, Prezident yanında Gənclər Fondu və Azərbaycan Gənc Diplomatlar İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Binəqədi rayon icra başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatları Musa Qasımlı və Aydın Mirzəzadə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, siyasi elmlər doktoru, professor, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi Elman Nəsirli, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşları və müxtəlif universitetlərdən olan gənclər iştirak ediblər.
Tədbirin moderatoru Elman Nəsirli tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkür edib və mövzu barədə qonaqları məlumatlandırıb.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, ölkəmizin uğurlu gələcəyinin təmin olunmasında Azərbaycan gəncliyinin rolu və xidməti danılmazdır: “Bugünkü tədbirin, məhz burada keçirilməsi heç də təsadüfi deyil, çünki dövlət gənclər siyasətinin ən parlaq nümayəndələri Binəqədi gəncləridir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu xarici siyasətinin səbəbkarı ulu öndər Heydər Əliyevdir. Ölkədə baş verən bütün nailiyyətlərin əsasında Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət dayanır. Hazırda bu uğurlu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.
Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov çıxış edərək Azərbaycanın beynəlxalq arenada nüfuzunun günü-gündən artmasından danışıb. O qeyd edib ki, bu gün ölkəmiz uğurlu diplomatiya nümayiş etdirir.
Sonra çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı “Azərbaycanın xarici siyasətində varislik, innovativlik və dinamizm” adlı məruzəsində bildirib ki, diplomatiyamızın uğurlarından biri budur ki, Prezident İlham Əliyev xarici dövlətin hərbi bazasının Azərbaycandan çıxarılmasına nail olub. Azərbaycan bu gün heç bir ölkənin hərbi bazası və obyektinin olmadığı bir dövlətə çevrilib. O bildirib ki, İlham Əliyev kiçik Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəyə çevirən şəxsiyyətdir.
Millət vəkili Aydın Mirzəzadə “Azərbaycanın enerji diplomatiyası yeni mərhələdə” adlı məruzə ilə çıxış edib. Millət vəkili vurğulayıb ki, Azərbaycan milli dövlətçilik mənafeyinə və maraqlarına əsaslanan, müstəqil siyasət yürüdür: “Azərbaycanın bir sıra layihələri artıq beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır”. “Şahdəniz–2” müqaviləsindən danışan Aydın Mirzəzadə qeyd edib ki, bu müqaviləni artıq XXI əsrin müqaviləsi adlandırırlar. Millət vəkili bildirib ki, son 10 il həm indiki nəsil, həm də sonradan tarixçilər tərəfindən inkişafımızın qızıl dövrü kimi yüksək qiymətləndiriləcək.
XİN-in mətbuat katibi Elman Abdullayev “Azərbaycanın BMT TŞ-nın üzvü kimi fəaliyyəti və onun nəticələri” mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan 2011-ci ilin oktyabr ayında 193 üzvdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. O bildirib ki, Azərbaycanın uğurlu sədrliyi BMT TŞ-nın tarixində silinməz iz buraxıb: “İki illik üzvlük dövrü Azərbaycan diplomatiyasında önəmli dövr idi. “Biz Təhlükəsizlik Şurasının iclaslarında Ermənistan-Azərbaycan münaqişəsini dəfələrlə qabarda bilmişik”.
Sonra tədbirdə çıxış edən Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva son illər əldə olunan diplomatik uğurlar haqqında danışıb və qeyd edib ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Gənc Diplomatlar Birliyinin İdarə Heyətinin üzvləri Əbülfəz Şeydabəyov və Əlimərdan Sultanov təşkilatın xarici əlaqələrindən danışaraq, hazırda MDB və Yaxın Şərq ölkələrində təşkilatın nümayəndəliklərinin olduğunu bildiriblər. Qeyd olunub ki, təşkilat xarici əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir.
Konfransın sonunda tədbir və layihə iştirakçılarına Fəxri Fərman və sertifikatlar təqdim edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info