Gəncə stansiyasının binası istifadəyə verilib
Tarix: 29.12.2013 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, açılışda nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, Gəncə stansiyasının inzibati binasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamenti həyata keçirib. 2013-cü ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kv.m dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kv.m fasadı üzlük aqlay daşı ilə üzlənib. Bundan başqa, qapı və pəncərələri dəyişdirilib, döşəmənin 1500 kv.m həcminə qranit daşla üzlənib. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunub. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb. Eyni zamanda Yük daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunub, piyada keçid körpüsü sağlamlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info