“Bu azalma və yoxolma hamının gözləri qarşısında baş verir”
İtaliyanın "Il Foglio" qəzeti ailə problemlərinə həsr olunmuş maraqlı bir yazı yazıb. Qəzetdə qeyd edilir ki, Françiska kilsəsi ailə məsələlərinə həsr olunmuş sinod(məclis) keçirib: “Bununla bərabər, kilsə situasiyanı bütün kritikliyi ilə dərk edir. Ona görə də belə mövqedədir: “Bu gün bir neçə il bundan öncə mövcud olmayan problemlər indi meydana çıxır. Aralarında nikah bağlamayan, hətta bircinsli cütlüklər var ki, onlar gələcəkdə uşaq saxlamağı düşünmürlər”. Bu barədə kilsənin hazırladığı sənəddə bildirilir. İtaliyada ailə problemlərinə həsr olunmuş mövzu siyahısında surroqat anaların ortaya çıxması məsələsi də var.
Sənədin sonunda “müqəddəs nikah”a inamın zəifləməsi və yox olması qeyd olunur. Bildirilir ki, sinodun qarşısında bu baxımdan ağır iş dayanır.
“Əgər yüz il bundan öncə, italyan ailəsi dörd və ya beş üzvdən ibarət idisə, 50-ci illərdə orta hesabla dörd üzvdən, 80-ci illərdə isə üç nəfərdən ibarət olmağa başladı. Amma gələcək onillikdə isə o, iki nəfərlə məhdudlaşa bilər”
Kompas qismində “təhqir edilmiş insanlara iltifat” göstərmək məqsədilə konsepsiyanın işlənməsi üçün ailənin necə olması barəsində təqdimatların, misalların çoxu yoxdur. Yəni “ailə necə olmalıdır” barədə nümunələr tapmaq müşkülə düşüb. Belə görünür ki, hər kəsin bu barədə öz standartları və fikirləri var. Halbuki əkscinsli valideynlərdən və onların uşaqlarından ibarət olan ənənəvi ailə dərin böhran içindədir. Əgər bu ailə davamsızdsırsa, onda ailə anlayışını bir qədər genişləndirmək lazımdır ki, insanlarla insani şəkildə qarşılaşma mümkün olsun. Əgər ənənəvi ailə qorunmursa, onda ailənin gələcəyi yoxdur. Ailə institutu isə dağılmağa davam edir və bu reallıqla İtaliya və bütün Avropa üzləşib. Bu gün biz ailənin rolunun azaldığı cəmiyyətdə və Qərbdə yaşayırıq. İtalyan cəmiyyəti hələ qırx il bundan öncə əsasən ailələrdən təşkil olunmuşdu. İndi isə ailələr daha az halda yaranmaqdadır. Bu azalma və yoxolma hamısının gözləri qarşısında baş verir. Amma kimsə bundan xüsusi bir şəkildə narahat deyil. Siyasətçilər və hökumət isə bu barədə susur, həmişə ənənəvi ailəni konservativ element sayan mədəniyyət aləmi isə vəziyyətə pis gizlədilmiş razılıqla baxmaqdadır.
Əgər yüz il bundan öncə, italyan ailəsi dörd və ya beş üzvdən ibarət idisə, 50-ci illərdə orta hesabla dörd üzvdən, 80-ci illərdə isə üç nəfərdən ibarət olmağa başladı. Amma gələcək onillikdə isə o, iki nəfərlə məhdudlaşa bilər. Hazırda isə italyan ailəsi iki-üç nəfərdən ibarətdir.
İlkin AĞAYEV
|