Paytaxtda yeni yolun tikintisi başladı
Tarix: 07.01.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Bakının mərkəzini hava limanı,kənd və qəsəbələrlə birləşdirəcək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin nəqliyyat yükünü azaldacaq iri layihənin icrasına başlanılıb. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına və "Olimpiya" stadionuna giriş yolunun tikintisinə başlanılıb, həm də Heydər Əliyev prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə "Olimpiya" stadionuna qədər uzanacaq. Yol boyu tunellərin, yol ötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulub.
Artıq stadion ətrafı tikinti altına düşən maneələrin söküntüsü başa çatdırılıb, kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir. Hazırda layihənin son variantına baxılır. İlkin cizgilərə əsasən stadiona giriş məqsədilə yeni tunelin tikintisinə və digər işlərə başlanılıb. Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektinin yükünü azaltmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə xidmət edəcək.
Yeni yolda 6 hərəkət zolağı olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info