AMEA-da doktoranturaya qəbul imtahanları başlayır
Tarix: 07.01.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Sabahdan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başlayır. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov açıqlamasında deyib ki, imtahanlar yanvarın 8-dən 29-dək davam edəcək. Onun sözlərinə görə, imtahanlar bu müddət ərzində qeyri-iş günlərini çıxmaq şərti ilə hər bir institutun özünün müəyyənləşdirdiyi vaxtda təşkil olunacaq: “İmtahanlar 3 mərhələdə keçiriləcək. Bu mərhələlərdə namizədlər xarici dil, fəlsəfə və ixtisas fənlərindən imtahan verəcəklər. Həmin mərhələlərin bir və ya bir neçə gündə keçirilməsi barədə dəqiq məlumat yoxdur. Bu, hər bir institutun imtahan mexanizminə əsasən icra olunacaq”. S.Hüseynov qeyd edib ki, ümumilikdə bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib: “Elmlər doktoru hazırlığı üzrə və dissertanturaya sənəd qəbulu barədə isə dəqiq məlumat yoxdur. Bu proses hər institutun özündə aparıldığından, sənəd verənlərin sayı dəqiq bilinmir”. İmtahanlar başa çatandan sonra AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlaya bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info