“Mən fəxr edirəm ki, azərbaycanlıyam” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 30.12.2013 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gorqud Plaza” otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində gecə keçirib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gecəni giriş sözü ilə açan TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” müdrik kəlamı qardaş Türkiyədə təhsil almış məzunlarımız üçün də qürur mənbəyidir. Məhz bu fikrin daşıyıcıları kimi deyə bilərəm ki, tədbirimizin adı heç də təsadüfi seçilməyib. Bu tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eyni zamanda, Yeni il ərəfəsində qardaş Türkiyə universitetlərinin məzunlarının iştirakı ilə təşkil edilib.
TUMİB-in sədri bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində dörd istiqamət üzrə - rəsm, şeir, mahnı və gənc jurnalistlər arasında yazı müsabiqələri təşkil olunub. Onlarla yeniyetmə və gəncin müsabiqəyə qatıldığını deyən Çingiz Bayramov qeyd edib ki, hər sahə üzə üç qalib müəyyənləşsə də, müsabiqəyə qatılan bütün iştirakçılara həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Çingiz Bayramov qeyd edib ki, bu, pilot layihədir və gələn il bütün bölgələrdə keçirilməsi nəzərdə tutulur. İndiyədək Binəqədi, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz rayonlarında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda konfranslar keçirilib. Bu konfranslarla yanaşı, müxtəlif istiqamətli müsabiqələr də təşkil olunub və qaliblər mükafatlandırılıblar.
İB-nin sədri xaricdə təhsil alan bütün tələbə və məzunların, o cümlədən Türkiyə universitetlərinin məzunlarının Prezident İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə dəstəklədiklərini bəyan edib. O, TUMİB-in növbəti tədbirini Qarabağda keçirəcəyinə əminliyini ifadə edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın buna nail olacağını deyib.
Gecədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxış edərək xaricdə təhsil almış məzunlara Azərbaycan dövlətinin daim diqqət və qayğısından danışıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə ölkəsində təhsil almış azərbaycanlı məzunları iki ölkə arasında qardaşlıq körpüsü adlandırıb.
Gecədə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıblar.
Sonda müsabiqədə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim olunub. Onu da qeyd edək ki, bu sətirlərin müəllifi olan “Palitra” qəzetinin əməkdaşı sözügedən mövzuda keçirilən yazı müsabiqəsində birinci yerə layiq görülüb.

Təhminə İsmayılova




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info