İnfocus: “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə artmaqdadır”
Tarix: 07.01.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


İtaliyanın “İnfocus” xəbər portalında Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artması ilə bağlı məqalə yerləşdirilib.
Yazıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına istinadla qeyd olunur ki, 2015-ci ilədək Azərbaycanda üç yeni külək enerjisi stansiyasının qurulması nəzərdə tutulub.
Məqalədə bildirilir ki, Azərbaycanda iqtisadiyyatın neft və qaz ehtiyatlarından asılılığını azaltmaq üçün alternativ enerji mənbələrindən istifadəyə dair Dövlət Proqramı qəbul olunub. Ölkədə 2020-ci ilədək alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulub. İndiyədək müvafiq sahəyə 500 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb.
Müəllif məqalədə Azərbaycanın energetika naziri Natiq Əliyevin fikirlərinə də yer verib. Nazirin sözlərinə görə, ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu ziyanı və bu ehtiyatların tükənmək riskini nəzərə alsaq, bərpa olunan alternativ enerjidən istifadə olduqca vacibdir. Bu baxımdan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin üzvü olan Azərbaycan kiçik və orta biznes qurumlarını fəaliyyətlərində bu enerji mənbələrindən istifadə etmələri üçün həvəsləndirir. Bu istiqamətdə ölkə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumları ilə əməkdaşlıq edir. O deyib: “Bununla belə, Azərbaycanın sürətli iqtisadi inkişafı və tərəqqisi, dünya enerji bazarında nüfuz sahibinə çevrilməsi neft və qaz ehtiyatlarından səmərəli istifadənin nəticəsidir. Bu ehtiyatlar ölkəmizin mühüm strateji münasibətlər qurmasına və əməkdaşlıq əlaqələrini genişləndirməsinə böyük imkanlar yaradıb. Məhz bu ehtiyatlar hesabına regional və Avropa enerji xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyildir”.
Yazıda vurğulanır ki, nazir, həmçinin regional və qitə miqyasında enerji təhlükəsizliyinə töhfə verən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin TANAP, TAP və digər layihələrin əhəmiyyətini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info