Türkiyə erməni təbliğatına qarşı mübarizəni gücləndirməlidir
Tarix: 07.01.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Türkiyənin Sakarya Universitetindəki Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Haluk Selvi qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində erməni diasporunun Türkiyə əleyhinə təbliğatı gücləndirməyə hazırlaşdığını bildirib, hökuməti və ictimaiyyəti buna qarşı daha diqqətli olmağa çağırıb.
H.Selvi jurnalistlərə müsahibəsində bildirib ki, İsveçrə məhkəməsinin sözdə “soyqırımı” iddialarını rədd edən türkiyəli siyasətçi Doğu Perinçekə bəraət verməsi erməni lobbisinə böyük zərbə olsa da, qarşı tərəf hələ 2011-ci ildə bədnam “Panarmenian” konqresində qəbul edilmiş Türkiyəni məhkum etdirmək qərarından vaz keçməyib. Bununla belə, erməni lobbisinin 2015-ci ilədək qondarma “soyqırım”ı dünyanın 100 ölkəsinin parlamentinin tanıması planı baş tutmayıb, indiyədək cəmi 18 ölkə belə bir qərar çıxarıb. Ötən ay xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri zamanı Osmanlı imperiyasından ermənilərin köçürülməsini pisləməsi də erməni lobbisini yumşaltmayıb.
Professor H.Selvi onu da əlavə edib ki, Ermənistanın Türkiyə ilə yaxınlaşmasının önündə olan iki əngəl – Azərbaycan torpaqlarının işğalının və sözdə “soyqırımı” iddialarının davam etməsi yaxın gələcəkdə də gərginliyin qalacağını göstərir. Digər tərəfdən, erməni diasporu və rəsmi Yerevan Türkiyədə daxili çəkişmələrin dərinləşməsini və ölkənin zəifləməsini istəyir. Odur ki, Türkiyə hökuməti və ictimaiyyəti erməni təbliğatına qarşı bütün səyləri birləşdirməlidirlər. Əks halda, saxta erməni iddiaları Ankara üçün beynəlxalq aləmdə problemlər yarada bilər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info