“Təşkilatımız yeni ildə yeni layihələrlə gəncləri bir araya toplayacaq”
Tarix: 07.01.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Qüdsi Bayramov: “Əsas məqsədimiz gənclərin asudə vaxtlarının müxtəlif istiqamətlərdə səmərəli təşkil olunmasıdır”

Müsahibimiz YAP Binəqədi Rayon Gənclər Birliyinin üzvü,
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi
Bayramovdur:


- Hazırkı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Cənab Prezident tərəfindən təsdiqlənən dövlət proqramı çərçivəsində, Bakı şəhəri Binəqədi rayonunda Gənclər evinin tikintisi, 7-ci mikrorayonda və Xocasən qəsəbəsində stadion tikintisi nəzərdə tutulub. Artıq Xocasən qəsəbəsindəki stadion istifadəyə verilib. Eləcə də, qeyd etmək istəyirəm ki, Binəqədi rayonunda Gənclər evinin tikintisi davam edir və gələn ilin mart-aprel aylarında istifadəyə veriləcək. Bu da bizə dövlət gənclər siyasətində yeni bir modelin formalaşmasına imkan verəcək. Müxtəlif formalarda yaradılmış klubların daha da təkmilləşdirilməsi və onlarda müxtəlif sahələrin inkişaf etdirilməsi nəzərdə tutulub.
Bu sahə haqqında qısaca məlumat vermək istəyirəm. Bura vətənpərvərlik klubu, istedadlı və yaradıcı gənclərin aşkarlanması, onların potensiallarının üzə çıxarılması aiddir. Eləcə də, kütləvi idman tədbirlərinin inkişaf etdirilməsi, bu sahədə yeni bir yanaşmanın formalaşdırılması, rayonun bütün qəsəbələrində və mənzil-istismar sahələrinin ərazisində olan idman klublarının, stadionlarının formalaşdırılması və gənclərin kütləvi şəkildə idmana cəlb olunmasını istəyirik. Eləcə də, müxtəlif iaşə obyektlərində, idarə, müəssisə və özəl təşkilatlar arasında bu yarışların keçirilməsi nəzərdə tutulur. Amma son dövrlər dövlətin ayırdığı vəsaitlər hesabına Binəqədi rayonunun bütün məhəllələrində stadionlar tikilir. Artıq maddi-texniki baza yenilənib. Bu da bizə idmanımızı daha da sürətləndirməyə imkan verir.
Buna misal olaraq qeyd edə bilərəm ki, son 3 il ərzində Binəqədi rayonu ərazisində böyük idman kompleksləri tikilib və istifadəyə verilib. Məsələn, Bakı Tennis Akademiyası artıq neçə ildir ki, istifadəyə verilib. Bakı Futbol Klubunun təlim-məşq bazasının tikinti işlərinin prosesi hələ davam edir. Demək olar ki, bu kompleks Azərbaycan Respublikasının ən böyük idman klublarından birinin ən böyük idman bazası olacaq.
Qeyd etmək istəyirəm ki, ixtisaslaşdırılmış uşaq-gənclər məktəbində minlərlə şagird öz asudə vaxtını səmərəli keçirir. Azərbaycan peşəkar futbolunda gənc kadrlar yetişdirilir. Bu yaxınlarda Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə layihəsi çərçivəsində İspaniyanın Real-Madrid futbol klubunun sosial məktəbinin açılışı oldu. Bununla da mütəxəssislərin iştirakı ilə uşaq futbolunun inkişafı ilə bağlı mükəmməl layihə formalaşdırdıq. Demək olar ki, idman sahəsində rayonumuzda bir neçə kompleks yaradılıb. Bu da bizim idmanımıza böyük bir təkan verəcək.
Gənclər sahəsi üzrə demək istərdim ki, bizim rayonumuzda böyük ali təhsil müəssisələri yoxdur. Yalnız bir ali və bir orta ixtisas kollecimiz var.
Təşkilatımızın əsas məqsədi odur ki, rayon ərazisində yaşayan, yaxud, rayonda qeydiyyatda olan və bizim rayonda olan təhsil müəssisələrində oxuyan gənclərlə daha çox əlaqə qururuq ki, onlar təhsillərini bitirdikdən sonra da bizim təşkilatla daim ünsiyyətdə olsunlar. Bununla yanaşı, rayonun kadr potensialından səmərəli surətdə istifadə edirik.
- Binəqədi Rayon Gənclər və İdman İdarəsi hansı prioritet sahələrdə yeni layihələrin həllinə təşəbbüs göstərir?
- Dövlət tərəfindən də qarşımıza qoyulan əsas məqsədimiz müxtəlif istiqamətlərdə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Gənclər əsasən düşünməlidirlər ki, onlar həyatlarını alkoqolizmdən, narkomaniyadan qorumalı və cəmiyyətimizin gələcək nəsilləri də bu bəlalardan uzaqlaşdırmağın yollarını axtarmalıdırlar. Əsasən gənclər asudə vaxtlarını daha çox kitabxanalarda keçirməyi zəruri bilməlidirlər. Həmçinin elmi biliklərin inkişafına böyük diqqət yetirməlidirlər.
Rayon rəhbəri tərəfindən gənclərin asudə vaxtlarını yüksək səviyyədə keçirə bilmələri üçün şərait yaradılıb. Eləcə də, tədbirlərimizdə yaxından iştirak edib, kadr potensialı kimi formalaşırlar. Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə gənc işçisi idman sahəsində yetişən gənclərdirlər ki, vaxtilə tələbə olduqları zaman ictimai, siyasi həyatda fəal iştirak ediblər. Rayon başçısı da belə gənclərin işini xüsusi dəyərləndirib, önə çəkib və qiymətləndirib. Belə kadrlara bu gün də ehtiyac var. Ümid edirəm ki, Azərbaycan gəncləri asudə vaxtlarını səmərəli keçirərək, respublikanın bütün rəhbər vəzifələrində özlərini görə bilərlər.
- Gənclərin siyasi, iqtisadi sahələrə yiyələnmələri cəmiyyətimizə hansı təsiri göstərə bilir?
- Təbii, hər kəs bilir ki, dövlət hesabına təhsilin birinci mərhələsi məcburidir. Bu, 11 illik ümumtəhsil bazaya aiddir. Növbəti mərhələdə isə Azərbaycan Respublikasında çox gözəl bir ənənə qoyulub ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test imtahanları keçirilir. Gənclər zəhməti və biliyi nəticəsində ən yüksək ali məktəblərə qəbul olub, arzu etdikləri ixtisas və peşələrə yiyələnə bilirlər. Onu qeyd etmək olar ki, ictimai və siyasi sahədə ciddi problemlərimiz yoxdur. Müxalifət yönlü təşkilatlarda və partiyalarda birləşən gənclərin sayı demək olar ki, azdır. Gənclər əsasən iqtidaryönlü partiyalarda, eləcə də müxtəlif ictimai birliklərdə cəmlənib, sərbəst fikir yürüdə bilirlər. Ən əsası, dövlətin siyasətinə üstünlük verirlər.
Şərt deyil ki, Yeni Azərbaycan Partiyasının üzvü olsunlar. Bir çox gənclərimiz var ki, bitərəf gənclərdir. Lakin hər zaman ulu öndər siyasətinin davamçısı olublar. Dövlətin siyasətini bəyənirlər. Əlbəttə, hər bir ağıllı gənc bilməlidir ki, dünyada Azərbaycanın Azərbaycandan başqa dostu yoxdur. Bu gün istər Qərb, istərsə də ərəb ölkələrində baş verən proseslər göstərir ki, Azərbaycan dövlətində bünövrəsi möhkəm qoyulmuş siyasət ölkədə, dünyada yaranmış siyasi hadisələrin təsirində deyil. Çünki bu siyasətin böyüklüyü odur ki, Azərbaycan artıq həm dünyəvi, həm də tolerant bir ölkədir. Xüsusilə qeyd etmək istərəm ki, cənab Prezidentimiz İlham Əliyev milli və mənəvi dəyərlərimizin qorunmasına diqqətlə yanaşmaqla, ölkəni çox gözəl idarə edir. İstər xarici, istərsə də daxili siyasətimiz o qədər uğurla həyata keçirilir ki, bunun yekun nəticəsi olaraq, gələcəkdə gənclər dövlətin aparıcı sahələrində daha intensiv təmsil olunacaqlar.
Bu gün dövlətin ən aparıcı sahələrində belə, işə qəbul test vasitəsilədir. Qeyd etmək lazımdır ki, harada təhsil aldığına baxmayaraq, işlə bağlı problem yoxdur. Artıq bir neçə ildir ki, rəhbərlik etdiyim bu sahədə Gənclər və İdman İdarəsində bir neçə işçini yuxarı vəzifələrə müsabiqə nəticəsində yola salmışıq.
Ümumiyyətlə, Gənclər və İdman İdarəsinin əsas işi ondan ibarətdir ki, kadr prosesini həyata keçirsin.
- Təşkilatınızın xaricdə olan diasporlarla əlaqələri hansı proseslərə bağlanır?
- Bizim əsas istiqamətlərimizdən biri də xaricdə təhsil alan gənclərlə əməkdaşlıq etməkdir. Bu gün xaricdə təhsil alan gənclərlə mütəmadi olaraq sosial şəbəkələrlə əlaqə saxlayırıq. Onları maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparırıq. Təklif etdikləri yeni layihələr üzərində çalışırıq.
- Bu il təşkilat hansı sahələrdə tədbirlər silsiləsi həyata keçirəcək?
- Ümumiyyətlə, gənclər sahəsi elə bir sahədir ki, burada müxtəlif yanaşmalar olmalıdır. Bir tədbiri hər il keçirmək olmaz. O zaman tez-tez keçirilə bilər ki, zaman və məkan, tədbirin formatı dəyişilməlidir. Hər dəfə yeni kreativ yanaşma qoymaq lazımdır ki, diqqəti cəlb etsin.
Hal-hazırda təşkilatımız Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, cənab Xaləddin İsgəndərovun göstərişilə YAP Binəqədi Rayon təşkilatının binasında yerləşir. Burada olan imkanlar çox genişdir və bura gələn gənclər yaradılan imkanlardan yüksək səviyyədə yararlanırlar. Lakin biz burada müvəqqəti fəaliyyət göstəririk.
Qeyd etdiyim kimi, Binəqədi rayonunda hazırda təmir işləri aparılan Gənclər evinin açılışı olduqdan sonra təşkilat yeni binaya köçürüləcək. Ümid edirik ki, təşkilatımız yeni ildə yeni layihələrlə gəncləri bir araya toplayacaq və bir çox uğurlara imza atacaq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info