Azərbaycan Tacikistanda elektrik stansiyaları inşa edə bilər
Tarix: 07.01.2014 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin energetika və su ehtiyatları naziri Usmonali Usmonov ilə görüşüb. Görüşdə Abbasəli Həsənov Tacikistan Prezidenti Emoməli Rəhmonun ötən il iyulun 12-13-də Azərbaycana rəsmi, oktyabrın 15-16-da isə işgüzar səfərlərini xatırladıb. Səfir deyib ki, Azərbaycan Tacikistan ilə bütün sahələrdə, o cümlədən iqtisadi və hidroenergetika sahələrində əlaqələrin inkişafında maraqlıdır.
Diplomat bildirib ki, Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ötən ilin sentyabrında Bakıda keçirilmiş ikinci iclası əlaqələrimizin inkişafı baxımından səmərəli olub, yekunda protokol imzalanıb. Azərbaycanın və Tacikistanın dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun səyləri nəticəsində münasibətlərimiz inkişaf edir, bu da ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğundur.
Ölkəsinin su ehtiyatlarından istifadə təcrübəsi və potensialı haqqında məlumat verən U.Usmonov vurğulayıb ki, Orta Asiyanın su ehtiyatlarının 60 faizi Tacikistanın payına düşür. O bu sahədə mövcud problemlərdən danışıb, hər il ölkəsində yeni elektrik stansiyalarının tikildiyini qeyd edib. Bu da əhalinin və müəssisələrin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına imkan yaradır. Türkiyənin, Çinin və Avropanın şirkətləri bu elektrik stansiyalarının tikintisi ilə əlaqədar Asiya İnkişaf Bankının və İslam İnkişaf Bankının xətti ilə keçirilən tenderlərdə yaxından iştirak edir. Nazir bu bankların üzvü kimi Azərbaycanı da bu tenderlərdə iştiraka dəvət edib.
Səfir Azərbaycanın iqtisadi inkişafı, su ehtiyatlarından istifadə və elektrik enerjisinin istehsalı sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. A.Həsənov bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da yarısı daxili sərmayələrdir. Hazırda Azərbaycan Rusiya, Türkiyə, Belarus, Ukrayna, Moldova və Gürcüstan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırır. A.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info