Tətil günlərində istirahət mərkəzlərində qiymətlər 30-40 faiz endirilib
Tarix: 07.01.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Bayram günlərində respublikamızın müxtəlif bölgələrindən Lənkəran və Lerik rayonlarının turizm və istirahət mərkəzlərinə gələnlərin sayı artıb. Qış tətili ilə əlaqədar cənub bölgəsindəki istirahət mərkəzlərində qiymətlərin 30-40 faiz endirilməsi burada dincələnlərə əsl bayram hədiyyəsi olub.
Lənkərana gələn turistlərin əksəriyyəti Xəzər dənizi sahillərində yerləşən otellərdə dincəlməyə üstünlük verir. Bölgədəki turizm və istirahət mərkəzlərinin dünya standartlarına cavab verməsi, xidmətlərin yüksək səviyyədə olması və bayramla bağlı endirimlər turistlərin artması ilə nəticələnib. Lənkərandakı istirahət mərkəzinin təmsilçisi Elman Əliyev deyib: “Yeni il bayramı ilə bağlı mərkəzimizdə böyük hazırlıq işləri görülüb. Zəhmətimiz hədər getməyib. Bayram günlərində nəzərdə tutduğumuzdan da artıq turist qəbul etmişik”.
Dekabrın 31-də Lerikə yağan qar turistlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Rayonun turizm və istirahət mərkəzlərində qiymətlərin yay turizm mövsümünə nisbətən 30-40 faiz endirilməsi də burada dincələnlərin ürəyincə olub. Hazırda səhər yeməyi də daxil olmaqla bir nəfərin gündəlik xərci 30-35 manat təşkil edir ki, bu da yay mövsümünə nisbətən təxminən 30 faiz ucuzdur. Lerikdəki istirahət mərkəzinin nümayəndəsi Şakir Qafarov bildirib ki, otellərdə boş yer yoxdur. Cənub bölgəsinin müxtəlif rayonlarında yerləşən tarixi yerlərə ekskursiyaların təşkil edilməsi və qədim abidələrlə tanışlıq turistlər tərəfindən məmnunluqla qarşılanıb.
Lerik rayonunun Zuvand zonasında yerləşən xizəksürmə məkanları idmanın bu növü ilə məşğul olanları özünə cəlb edib. Turist Eldar Kərimov öz təəssüratlarını bölüşərək deyib: “Lerikə qızımla birlikdə gəlmişəm. İlk dəfədir ki, bu yerlərdə oluruq. Burada hər şey gözəldir: təbiət də, yaradılan şərait də, insanlar da. Yeni il bayramını yüksək səviyyədə qeyd etdik. Burada çalışan bütün insanlara minnətdarıq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info