QHT-lərə Dövlət Dəstəyi Şurasında xarici qonaqlarla görüş
Tarix: 07.01.2014 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Bakıda təşkil etdiyi "Gənclərin işsizlik problemi" mövzusuna həsr edilən konfransın nümayəndələri ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara ölkəmizin vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu və mövcud vəziyyəti haqqında məlumat verib. F.Qurbanov Şuranın yaradılma məqsədi və fəaliyyət istiqamətləri haqqında ətraflı danışaraq indiyədək Azərbaycan QHT-lərinin 2000-ə qədər layihəsinə dəstək verildiyini bildirib. Şuranın ötən ildən xarici QHT-lər üçün də qrant müsabiqəsi elan etdiyini vurğulayan icraçı direktor Şuranın beynəlxalq əlaqələrə hər zaman böyük önəm verdiyini söyləyib. Xatırladaq ki, görüşdə İspaniya, Fransa, Bolqarıstan, Ukrayna, Portuqaliya, Gürcüstan, Moldova, Yunanıstan, Belarusiya, İtaliya, Rumıniya və Gürcüstanı təmsil edən qonaqlar iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info