Rayonlarda inkişafı mümkün olan sahələr üzrə təkliflər hazırlanıb
Tarix: 07.01.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın iqtisadi və inzibati rayonlarının təbii iqlim xüsusiyyətləri, statistik göstəriciləri nəzərə alınmaqla xüsusi işlənilmiş metodika əsasında bölgələrin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmasını özündə əks etdirən metodologiya hazırlanıb.
«İqtisadi və inzibati rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması» adlanan bu elmi-tədqiqat sənədində ölkənin aqrar sahə üzrə rayonlarının ixtisaslaşması aparılıb.
Bu, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib. Araşdırma işləri kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübə əsasında aparılıb. İnstitutun direktoru Vilayət Vəliyev bildirib ki, rayonlar üzrə aparılan araşdırma zamanı həmin ərazilərdə prioritet olan sahələr müəyyənləşdirilib və onlar təkliflər şəklinə salınıb. Onun sözlərinə görə, rayonlar bitkiçilik və heyvandarlıq sahələri üzrə sinfi təsnifatlara bölünüb. Belə ki, institut mütəxəssislərinin müəyyən etdikləri əsas məqam ölkənin istisnasız olaraq istənilən inzibati-iqtisadi rayonunda bitkiçilik üzrə qoz, heyvandarlıq üzrə isə qoyunçuluq sahəsinin böyük imkanlara sahib olmasından ibarətdir.
«Çünki bütün inzibati-iqtisadi rayonlarda bu iki sahə üzrə əmsallar ən yüksək göstəricilərlə qeyd olunur. Məsələn, araşdırma göstərir ki, Azərbaycanda qozun həm istehsalı, həm də emalı və ixracı üçün çox böyük perspektivlər mövcuddur» - deyə V.Vəliyev qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info